Gördünmü o kəsi ki, mane olur – bir bəndəyə namaz qıldığı zaman? Söylə görək, əgər o bəndə doğru yoldadırsa, yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun? Məgər o bilmir ki, Allah görür? Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq – yalançı, günahkar kəkilindən. Qoy öz yığnağını çağırsın. Biz də əzab mələklərini çağıracağıq. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş! (Ələq surəsi, 9-19)
Ələq Surəsi, 9-19-cu Ayələr
