Qara itlərin hamısını öldürün. Çünki onlar şeytandır. (Hənbəli 4/85, 5/54)
Qarğanın azğın (fasiq) olduğu. (Buxari, 59/16; Hənbəli, Müsnəd 2/52)
Göyərçin şeytandır. (5331-Əbu Davud, İbni Macə)
Kərtənkələ fasiqdir (günahkardır). (Müslim 2239-145, İbni Macə 3230, Əbu Davud 5262)
Kərtənkələni ilk vuruşda öldürən adama yüz savab yazılır. (Əbu Davud 5264, Müslim 2240/147)
“Zina” edən meymunların daşlanıb öldürülməsi… (Buxari 63/27)
Yuxarıda qeyd olunanlar xurafatçı zehniyyətin insanlara Qurandan nə qədər uzaq və qorxunc həyat verdiyinin nəticəsidir. Bu qəribə zehniyyət ov və çoban itlərindən başqa itləri öldürməyi əmr edən dinə aiddir. Bu din Allahın möhtəşəm sevimli yaratdığı ev itlərinin, süslü itlərin, qoruyucu itlərin hamısının öldürülməsini əmr edir. Halbuki Quranda “Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, həlimdir, bağışlayandır.” (İsra surəsi, 44) ayəsində bildirildiyi kimi, bizim başa düşmədiyimiz şəkildə Allahı təsbih edən və cənnət üçün xüsusi yaradılan bu sevimli canlılar necə şeytan və ya fasiq ola bilər? Bundan başqa, bir meymun necə zina edə bilər? Bəyəm bir meymunun əxlaqi dəyərləri, sadiq olmalı olduğu evlilik anlayışı var? Yaxud da bunları dərk edəcək şüuru var ki, zina ilə günahlandırılsın?

