Ledun elmi

Allahın Quranda “elm sahibi” adlandırdığı hz

Allahın Quranda “elm sahibi” adlandırdığı hz. Xızır (Quranda bu ad keçmir, ancaq hədislərdə bu insanın Hz. Xızır olduğu bildirilir) “elmi ledun” adı verilən elmin sahibi mübarək bir şəxsdir. Allahın seçdiyi insanlara verdiyi xüsusi elm olan “elmi ledun” (“qeybin elmi”) sahibi olan insanlar Allahın verdiyi ilhamla qeybin məlumatına sahib olan xüsusi insanlardır. Rəbbimizin təqdir etdiyi taledə hadisələrin gedişini və gələcəkdəki nəticələrini əvvəlcədən bilir, buna görə hərəkət edirlər.

Allah hz. Xızıra Öz qatından üstün elm vermişdir. Quranda hz. Musanın hz. Xızırla görüşdüyü, onunla birlikdə səfərə çıxdığı və Rəbbimizin hz. Xızıra vəhy etdiyi elmdən faydalanmaq istədiyi də geniş şəkildə bildirilmişdir (Kəhf surəsi, 66). Hz. Xızır hz. Musa ilə səfərə çıxmağı qəbul etdikdən sonra onlar bir neçə hadisə ilə qarşılaşmışlar. Hz. Musa hz. Xızırın sahib olduğu elmi bilmədiyindən, əvvəlcə onun səhv və qəribə görünən bəzi davranışlarını bəyənməyərək bunların səbəbini soruşmuşdur. (Kəhf surəsi, 78-82).

Quranda hz. Xızırın bu səfərdəki davranışlarından biri belə bildirilir. Bu hadisədə hz. Xızır bir gəmini deşmişdir. Ancaq bu gəmini deşməsinin bir neçə səbəbi vardı. Hz. Xızır yoxsulların köməyinə çatmış, onların çətinliyə düşmələrini, zalım insanlardan zülm görmələrinə mane olmaq istəmişdir. Bu hərəkəti onun yoxsul və ehtiyac içində olanlara qarşı şəfqətli və mərhəmətli xarakterini ortaya qoyur. Allahın Rəhman və Rəhim isimləri hz. Xızır üzərində təcəlli edir. Bu, möminləri inkarçılardan ayıran üstün xüsusiyyətdir. Hz. Xızırın gəmini deşdikdə də böyük ağıl, fərasət, bəsirət və irəli fikirlilik dərhal diqqəti çəkir. Çünki gəmi yenidən təmir edilə biləcək şəkildə korlanmışdır. Beləliklə, gəmini görən onu qüsurlu zənn edəcək və ələ keçirməyəcək.

Bunun kimi bir neçə hikmətli hadisə ilə qarşılaşan hz. Musa bu hadisələrdən öyüd almış, hz. Xızırın üstün və güclü olan uca Rəbbimizin diləməsi ilə bəzi qeyb məlumatlarına sahib olan xüsusi insan olduğuna şahidlik etmişdir.

blank