Lazımsız telefon söhbətləri

Cahil cəmiyyətdəki qadınlar günün müəyyən vaxtını telefonla danışmaqla keçirirlər

Cahil cəmiyyətdəki qadınlar günün müəyyən vaxtını telefonla danışmaqla keçirirlər. Gündəlik xəbərləri öyrənmək və son dedi-qoduları çatdırmaq üçün bircə-bircə tanıdığı insanların hamısına zəng vurarlar. Ailə daxilində baş verən son hadisələri, ərləri ilə aralarında baş verən mübahisələri, nələr aldıqlarını, evə hansı qonağın gəldiyini, nələr danışdıqlarını tək-tək izah edərlər. Bu telefon söhbətlərinin bəziləri saatlarla davam edər, amma söhbətlərinin əksəriyyəti hikmətsizdir.

Bunun müqabilində möminlər hər cür boş işdən və boş söhbətdən çəkinirlər. Əsla hikmətsiz söhbətlərə qoşulmazlar. Lazım gəlsə onlar da uzun müddət telefonda danışarlar. Ancaq danışdıqları mövzu mütləq əhəmiyyətli və faydalı bir mövzudur. Belə bir ehtiyac olmasa da, yalnız vərdiş etdiklərinə görə vaxtını telefonla danışmağa keçirməzlər, bunun əvəzinə faydalı işlər görərlər.

O kəslər ki, boş söz və hərəkətlərdən üz çevirərlər, (Muminun surəsi, 3)