Lazım olduqda geri addım atmaq

Ən başlıcası insanlar arasında “verdiyi sözə əməl edən” insan olması əsasdır

Ən başlıcası insanlar arasında “verdiyi sözə əməl edən” insan olması əsasdır. İnsanların əksəriyyəti, bu xüsusiyyətə malik insanlara hörmət bəsləyirlər. Bu insanların digər insanların əldə edə bilmədikləri xüsusiyyətə sahib olduğuna inanır; göstərdikləri dürüstlük və qətiyyət səbəbindən bu insanlara qarşı dərin heyranlıq duyurlar.

Halbuki bu tamamilə yanlış baxış prizmasıdır. Çünki əsl üstünlük, bir insanın daima öz dediyini etdirməsi, hər sahədə özünü haqlı çıxarması və tək söz sahibi özünü görməsi deyildir. Əksinə bu, hər insanın göstərə biləcəyi rəftardır. Nəfs insanı bu istiqamətdə təşviq etməkdə və dəstəkləməkdədir. İnsanın daima özünü haqlı çıxarmaq kimi xüsusiyyətlər daima nəfsin xoşuna gəlir. Dolayısı ilə insanın daima üstün gəlmək, haqlı çıxmaq və dediyini etdirmək səbəbi ilə sevincli olması və özünü başqalarından üstün görməsi yersizdir. Eyni şəkildə ətrafındakı insanların da, belə bir insana hörmət və heyranlıq hiss etməsi yanlışdır.

Əsil üstünlük, öz şəxsiyyətindən, eqoizmindən və qürurundan, Allah rizası üçün uzaqlaşması; öz nəfsinin istəklərindənsə, Allah rizasının olacağı əxlaqı göstərməyi üstün tutmasıdır. Davamlı olaraq öz istədiyinin arxasınca getməkdənsə, Allah rizası üçün təvazökarlıqla hərəkət edib, başqalarının fikirlərinə və sözlərinə qiymət verə bilməsidir. Əsil əmək sərf edilməsi lazım olan və dolayısı ilə hörmət və heyranlıq duyulması lazım olan əxlaq şəkli budur. Çünki nəfsə çətin gələn də elə budur.

Daha da vacibi isə, vicdanına qulaq asan, təvazökarlıq göstərən, haqqındam keçən, geridə qalmağı qəbul edən bir şəxs, Allahın bəyəndiyi və razı olacağını bildiyi əxlaqı göstərmiş olur. Dolayısı ilə, dünyada insanlar tərəfindən görünməsə belə, üstün hesab edilməsə və təqdir edilməsə də, heç bir halda uduzmuş olmur. Əksinə inşaAllah, Allah Qatında və axirətdə Rəbbimizin rizasını qazanlardan olması gözlənilir, ki əsil üstünlük də budur.