Bədəni əhatə edən damarlarda olan qan bir nəqliyyat şəbəkəsi kimi axır və insan bədəninin hər nöqtəsini ziyarət edən sonsuz bir çayı xatırladır. Bu çay, bədəndəki səfəri əsnasında hüceyrələrin ehtiyacı olan maddələri paketlər halında daşıyır. Çayın daşıdığı bu paketləri bir növ yük paketi olaraq xarakterizə etsək, bu paketlərdə yemək, su və bəzi kimyəvi maddələr var. Çatdırılması lazım olan ən təcili paket isə oksigendir. Çünki hüceyrələr oksigensiz qalsalar qısa müddət ərzində ölərlər. Ancaq bədəndə qurulmuş olan qüsursuz sistem sayəsində paketlərin hamısı hüceyrələrə tam vaxtında daşınır və həmişə doğru ünvanlara təslim edilir.
İnsan gündəlik həyatında bədənindəki bu çayın axışını heç vaxt hiss etməz. Ancaq insan bədəni o qədər mükəmməl sənətlə yaradılıb ki, bədənin hər nöqtəsi damarlarla örtülü olduğu halda, kənardan baxdıqda bu damarlar bilinmir. Çünki insan bədənini örtən 2 millimetr qalınlığındakı dəri təbəqəsi damarları ustalıqla gizləyir. Bu təbəqə əslində o qədər incədir ki, dəridə meydana gələn ən kiçik cızıq belə qanın çölə sızmasına səbəb olar. Əgər damarlar, incə və estetik dəri ilə gizlədilməsəydi, şübhəsiz dünyanın ən gözəl insanı belə üzünə baxıla bilməyəcək qədər çirkin və ürpərdici görünüşə sahib olardı. Bu estetik görünüş Rəhman olan Allahın insanlara gözəl lütfüdür.
Qan mayesinin ən möcüzəvi xüsusiyyətlərindən biri də “laxtalanma” mexanizmidir. Laxtalanma sayəsində, zərər görmüş bir damarda meydana gələ biləcək olan qan itkisi ən aşağı səviyyəyə endirilmiş olar. Laxtalanma mexanizmində qanın içində olan çoxlu sayda zülal, ferment və vitamin bir nizam içində vəzifə alır. Bu xüsusiyyəti ilə laxtalanma mexanizmi elm adamları tərəfindən qüsursuz planlama və yaradılış nümunəsi olaraq göstərilir.
Bəzən insan bədənində meydana gələn kiçik bir cızıq və ya kəsik nəticəsində qanama olur. Normal şərtlərdə bədəndəki bütün qanın eynilə su sızdıran şüşə kimi bu dəlikdən çölə axması və kiçik cızığın belə insanı qan itkisindən öldürməsidir. Ancaq bu olmur. Bu yaranın ətrafında qan laxtalanmağa başlayır və laxtalanan qan, dəliyi sanki tıxac kimi tıxayır.
Bu vəziyyət, dibi dəlinən bir şüşənin içindəki suyun çölə axmaması üçün dəliyi təmir etməsinə və qatılaşaraq dəliyi tıxamasına bənzəyir. Bu, şübhəsiz böyük möcüzədir.
Qanın bu xüsusiyyəti dünyadakı hər insanın həyatını xilas edir. Əks halda çox kiçik yara belə insanların ölümünə səbəb olacaq. Ancaq Rəbbimiz bəndələrinə olan sonsuz şəfqəti və mərhəməti ilə laxtalanma kimi möcüzəvi yolla insanları qorumaqdadır. Laxtalanma isə çox kompleks və möcüzəvi vəziyyətdir. Laxtalanmanın meydana gəlməsi üçün çox sayda ferment bir yerə gəlməkdə və çox əhatəli reaksiyalar həyata keçməkdədir.
Burada bəhs edilən fermentlər, zülallar, cansız, şüursuz, kor atomların fərqli formalarda düzülmələrindən meydana gəlmiş quruluşdur. Bunların hər biri, yaralanma hadisəsinin ən başından bəri bir vəzifə boyunlarına götürərək, ən təcili şəkildə axan qanı dayandırmaq üçün mütəşəkkil olurlar, dərman istehsal edər kimi lazımlı zülalları istehsal edirlər, kömək üçün digərlərinə xəbər göndərirlər, digərləri xəbərin mahiyyətini anlayıb dərhal hadisə yerinə gəlir və hər biri vəzifəsini əskiksiz yerini yetirirlər.
Sistem ən kiçik detalına qədər qüsursuz şəkildə işləyir. Əgər bu həyati sistemdə bir axsaqlıq olsaydı nə olardı düşünək: Yara olmadığı halda qan birdən-birə laxtalanmağa başlasaydı ya da yaranın ətrafında yaranan laxta, olduğu yerdən ayrılsaydı və ya laxtalanmada rol alan zülallar arasındakı xəbərləşmədə axsaqlıqlar olsaydı…
Bunlardan hər hansı birinin olması vəziyyətində ürək, ağciyər və ya beyin kimi həyati əhəmiyyətə sahib orqanlara gedən yollarda tıxanma, qan itkisindən ölmə kimi vəziyyətlərlə qarşılaşardıq. Qanın laxtalanması deyildikdə, yalnız gözlə görülən yaralardakı laxtalanma ağla gəlməməlidir. Gün ərzində çox sıx başımıza gələn, ancaq çox vaxt fərq etmədiyimiz kapillyar damar parçalanmalarının təmir edilə bilməsi üçün də laxtalanma sisteminin olması zəruridir. Ayağınızı masanın kənarına ya da stula vurduğunuzda çoxlu sayda kapillyar damarınız parçalanır. Bu vəziyyət daxili qanaxmalara gətirib çıxarır ancaq laxtalanma sistemi sayəsində qanaxma dərhal dayanır və arxasından təmir əməliyyatı başlayır.
Laxtalanma sistemi olmasaydı nə olardı?
Hemofiliya olaraq xarakterizə edilən xəstəlik ortaya çıxardı. Hemofiliya xəstəliyi olan insanlar ən kiçik zərbədən belə qorunmaları lazımdır. Çünki xüsusilə xəstəliyin yüksək mərhələsində çox kiçik bir qanaxma belə dayandırıla bilinmir, bu da xəstənin qan itkisindən ölümünə səbəb olur. Qanımızdakı laxtalanma xüsusiyyəti mütləq olmaq məcburiyyətindədir. Üstəlik çox möhkəm nəzarətə tabe tutulması da lazımdır. Hər detalı ayrı plan və yaradılış məhsulu olan bu sistem, Allahın sonsuz elminin, ağlının və gücünün göstəricisidir. İnsan əli kəsildiyində ya da bir qəzaya düşdükdə, yaralandıqda Allahın bu nemətinə möhtacdır. Öz başına qanını dayandırması, yaralarını sağaltması mümkün deyil.

