Lağ etməmək, alçaldıcı ləqəblər qoymamaq

Dini inkar edən insanlar özlərini yüksəltmək və başqa adamlardan üstün mövqe tutmaq arzusu ilə

Dini inkar edən insanlar özlərini yüksəltmək və başqa adamlardan üstün mövqe tutmaq arzusu ilə hər dəfə kiməsə lağ etmək, kimisə alçaltmaq, kiməsə ləqəb qoymaq kimi çirkin əməllərə əl atırlar.

Cahiliyyə əxlaqına aid olan belə davranışları Allah möminlərə bir-birinə qarşı istifadə etməsini qadağan etmişdir. Möminlər Quranın bu hökmünə əsasən bir-birinə çox hörmətlə yanaşırlar. Çünki mömin insan Allahın ruhunu daşıyan, Allahın bir çox xüsusiyyətlərini özündə əks etdirən, Quranın bir çox yerində mədh edilmiş, sonsuz mükafatla müjdələnmiş bir varlıqdır. Möminlər bir-birinə Quranda göstərilən şəkildə baxmalı və bir-birinə yüksək əxlaqla yanaşmalıdırlar. Çünki əks təqdirdə, Allahın bu hökmünə etinasız yanaşan insan həmin ayənin sonunda göstərilən “iman gətirdikdən sonra fasiq adını qazanmaq” təhlükəsi ilə qarşılaşa bilər. Əgər insan tövbə edib bu davranışını düzəltməsə, həmin ayədə bildirildiyi kimi, zalımlardan olar. Zalımlıq isə Quranda iman gətirməyənlər üçün istifadə edilən terminlərdən biridir. Sözlə, ləqəb qoymaqla yanaşı, müxtəlif mimika və hərəkətlərlə də lağ etmək olar. Allahın “Huməzə” surəsindəki qaş və göz ifadələri ilə lağ edənlərlə bağlı xəbərdarlığı düşünüldüyündə, lağ etməyin Allah dərgahında nə qədər böyük bir günah olduğu daha yaxşı aydın olur:

“Qeybət edib göz-qaş hərəkətləri ilə tənə vuran hər kəsin vay halına!” (Huməzə surəsi, 1)

Belə davranan insanın ayənin davamında göstərilən aqibəti lağ etməyin möminlər üçün son dərəcə arzuedilməz və çəkinilməsi lazım gələn bir hərəkət olduğunu daha aydın şəkildə ortaya qoyur:

“Xeyr! O mütləq Hütəməyə atılacaqdır! Sən nə bilirsən ki, Hütəmə nədir?! O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir. Onlar hündür sütunlara bağlanmış olacaqlar!” (Huməzə surəsi, 4-9).