Əla Surəsi, 1-7-ci Ayələr

Ən Uca Rəbbinin adına təriflər de! O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi; O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi; O Rəbbin ki, otlağı cücərtdi, sonra da qaralmış samana çevirdi. Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq. Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır. (Əla surəsi, 1-7)