Quranın son surələrindən olan Kövsər surəsində Axırzamana işarələr vardır. Peyğəmbərimizin soyunun dünya hakimiyyəti olacağına işarə edilmişdir.
(Ey elçi!) Biz sənə Kövsəri verdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Şübhəsiz ki, sənə düşmənçilik edənin özü sonsuzdur. (Kövsər surəsi, 1-3)
O dövrdə Peyğəmbərimizə soyu kəsik dedilər. Və ona kin duyurdular. Yəni soyunun kəsik olmasına. Allah “Biz sənə Kövsəri verdik” deyir. Kövsər, eyni zamanda, Peyğəmbərimizin soyuna da işarə edən bir sözdür. Yəni Kövsər cənnətdə ona veriləcək bir nemət olaraq da bilinir. Bir hovuz, bir nemət hovuzu olaraq bilinir.
Amma Kövsər sözünün Peyğəmbərimizin o mübarək nəsli üçün də, soyu üçün də istifadə edilən bir mənası var. Lüğətə baxdıqda bunu da görürük. Peyğəmbərimizin soyu üçün də istifadə edilir. Buradan çıxan nəticə:
Sənin soyunu Axırzamanda mən dünyaya hakim edəcəyəm və sənin soyunun tükənmədiyini insanlıq görəcək, bütün dünya görəcək. Hz. Mehdi də Axırzamanda dünyaya hakim olacaq. Yəni Kövsər sözünün lüğəti mənasına görə Peyğəmbərimizin soyunun, Hz. Mehdinin hakimiyyətinə işarə edən bir nemətin adı olduğu ortaya çıxır. Çünki Hz. Mehdi ən böyük vəzifəni etməyə çalışar. Yəni sənin soyun tükənməyəcək. Axırzamanda dünyaya hakim olacaq.
Ayədə keçən “Kel Kevser Fe” cümləsinin hərflərinin əbcədi 857 (hicri) və 1453-cü miladi ilini göstərir. Bu tarix İstanbulun fəthi tarixidir. Hz. Mehdinin İstanbuldan çıxacağını da göstərir.

