İlbizlər
Növlərin böyük əksəriyyəti dəniz və okeanlarda, qismən də şirin su hövzələrində və quru mühitdə yayılmışdır. Az bir qisim növlər isə parazit həyat tərzi keçirməyə uyğunlaşmışlar. Bədən ölçüləri müxtəlif olub, 2–3 mm-dən bir neçə santimetrə qədərdir. Ən iri formalarından biri önqəlsəməlilər yarımsinfinə aid olan Hemifusus proboscidiferus növüdür ki, çanaq ilə birlikdə ölçüsü 60 sm-dir.
İlbizlərin bədənləri “ayaq” adlanan güclü əzələdən ibarətdir. Ayağın özünün də çox sayda kiçik əzələdən ibarət olması ilbizin aşağı, yuxarı və dalğa formasında hərəkət etməyinə imkan yaradır.
Sinir sistemi
Əksər növlərdə 6 cüt sinir düyünündən ibarətdir. Onlardan bir cütü başda udlağın altında, qalanlar isə ayaq və gövdənin müxtəlif nahiyələrində yerləşirlər. Müxtəlif sinir düyünləri bir-birilə ilə konnektivlərlə, cüt sinir düyünləri isə bir-birilə kommisurlar vasitəsilə birləşirlər. Tənək ilbizində sinir sisteminin əsasını cüt və tək sinir düyünləri təşkil edir. Bu düyünlərdən bir cütü baş və ya serebral düyün adlanıb udlağın üstündə yerləşmişdir. Bu düyün başı, gözü, hiss orqanlarını və statosisti sinirləndirir. İkinci cüt sinir düyünü plevral düyün adlanır və mantiyanın ön hissəsini sinirləndirir. Üçüncü cüt sinir düyünü pedal düyünü adlanır və ayağı sinirləndirir. Bunlarla yanaşı, tək parietal, pallial və abdominal düyünləri də vardır ki, onlar bir çox orqanlara sinirlər verirlər.
Qan-damar sistemi
Ürək mantiya boşluğunun arxa tərəfində perikardium adlanan ürəkətrafı boşluqda yerləşmişdir. Ürək iki hissədən: qulaqcıq və mədəcikdən ibarətdir. Molyuskun ürəyində arterial qan olur. Mədəcikdən aorta uzanır və şaxələnərək kapilyarları əmələ gətirir. Mədəciyin yığılması nəticəsində qan aortaya daxil olur. Aorta iki şaxəyə- baş aortasına və daxili orqanlara gedən aortaya ayrılır. Bu damarlar başa, mantiyaya, ayağa və digər orqanlara gedən arteriyalara ayrılır. Qəlsəmələrdə qan oksidləşir və ürəyin qulaqcığına daxil olur. Sonra qan klapanlı dəlik vasitəsilə ürəyin mədəciyinə keçir. Beləliklə, qan bədəndə belə dövran edir.
Hiss orqanları
Qarınayaqlıların iybilmə, müvazinət və görmə kimi hiss orqanları vadır. Bu hiss orqanları qarınayaqlıların həyatında mühüm rol oynayır. Görmə orqanı olan gözlər mürəkkəb quruluşlu olub, hiss orqanlarının ya əsasında, ya da uc hissəsində olur. Suda yaşayan qarınayaqlıların mantiya boşluğunda qəlsəmələrin əsasında kimyəvi hiss orqanı-osfradilər yerləşir. Qarınayaqlılarda müvazinət orqanı olan statosistlər vardır. Statosistlər bədənin yanlarında pedal sinir düyününün yaxınlığında yerləşir və serebral sinir düyünləri ilə sinirləndirilir.
Allah göyləri və yeri yoxdan yaradandır. Bir şeyin olmasını istəyən zaman ona yalnız: “Ol!” – deyər, o da dərhal olar. [Bəqərə surəsi, 117]
O, yaradan, yoxdan var edən, (yaratdıqlarına) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, hamısı Onu təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir. [Həşr surəsi, 24]

