Kolibri kimi görünən şahin güvəsi

Güvələrin yarasadan xilas sistemi

Yarasa mahir ovçu olsa da, bəzi gecə uçan güvə növləri (Noctuidae, Geometridae və Arctiidae ailəsindən olan güvələr) yarasaların ultrasəs siqnallarını eşidən qulaqlara malikdir. Bu qulaqlar güvələrin qanadlarının altında yerləşir və erkən xəbərdarlıq sistemi kimi işləyirlər. Bu yolla yarasaya yem olmaqdan xilas olurlar.

Bir yarasanın yaxınlaşdığını eşitdikdə güvələr adəti uçuşlarından fərqli olaraq havada kəskin hərəkətlər edir və ya qarışıq halqavarı formada uçurlar. Bəzən də böyük sürətlə yarasanın göndərdiyi yüksək tezlikli səsin əks istiqamətində uçurlar. Nyu York Siti Universitetindən Aşer E. Trit yarasaların hərəkətinə əsasən, fərqli istiqamətdə uçan güvələrin həyatda qalma ehtimalının digərlərinə nisbətən daha çox olduğunu müşahidə etmişdir.