Peyğəmbərimiz uca Rəbbimizin əmrləri əsasında Kitab Əhlinə qarşı da sevgi və hörmət dolu idi. Bu gün hələ də əlimizdə olan məktubları onun igidlik, cəsarət, sevgi, hörmət və şəfqət məsələsində necə gözəl nümunə olduğunu açıq şəkildə göstərir.
Allahın lütfü ilə hz.Muhamməd (səv) əsl sevgi insanı idi. Allahın bütün yaratdıqlarını sevərdi. Bütün dünyaya gerçək şəfqət, sevgi, əfvedicilik, təvazökarlıq, fədakarlıq və sədaqətin nə demək olduğunu göstərdi. Bu gün dünyada baş verən ədalətsizliklər, zalımlıqlar və eqoizmi düşünsək, gözəl Peyğəmbərimizdən (səv) nə qədər çox şey öyrənə biləcəyimizi görərik.
