Kimsəyə artıq yük yüklənməz

Dünya üzərindəki hər insanın ağlı, zəkası, böyüdüyü mühitin şərtləri, qavrayışı və fiziki gücü

Dünya üzərindəki hər insanın ağlı, zəkası, böyüdüyü mühitin şərtləri, qavrayışı və fiziki gücü bir-birindən fərqlidir. Bütün kainatı yoxdan var edən Rəbbimiz hər insana bir-birindən fərqli qabiliyyətlər verib. Buna görə də, hər insanın fərqli səbir etmə gücü, iradəsi və rəftarı vardır. Allahın dünya həyatındakı imtahanı da, hər insana görə fərqli şəkillərdə yaradıb. Allah hər insanı müxtəlif hadisə və ya şəxsləri vəsilə edərək fərqli sınaqlara tabe tutur. Ancaq bu mövzuda mütləq düşünülməli çox əhəmiyyətli məqam var:

Bir insanın həyatında qarşılaşdığı hadisələr həmin anda nə qədər çətin kimi görünsə də, əslində hər biri o adamın səbir edə biləcəyi şiddətdədir. Çünki bütün insanları yoxdan var edən Rəbbimiz hər insanın nəyə və nə qədər səbir edə biləcəyini ən yaxşı biləndir. Sonsuz ədalət sahibi olan Allah insana gücünü aşan məsuliyyət verməz. Bu, Allahın vədidir, Rəhman və Rəhim sifətinin bir təcəllisidir. Ayələrdə belə buyurulur:

Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz. (Muminun surəsi, 62)

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. (Əraf surəsi, 42)

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir… (Bəqərə surəsi, 286)

Bəzi insanlar dünyada yoxsul həyat sürər və yoxluq içində nə qədər səbir göstərdiyi sınanılar. Bəzi insanlar isə zənginlik və bolluq içində yaşayar və bu həyat içində nə qədər şükür edici, nə qədər gözəl əxlaqlı olması ilə sınanar, dünya həyatına ehtirasla bağlanıb bağlanmadığı mövzusunda sınanar. Amma nəticədə zəngin olan da, yoxluq içində olan da özü və axirəti üçün ən xeyirli həyatı yaşayar.

Kasıb olan nə qədər yoxluq çəksə də, bu, onun üçün dayanılmaz çətinlik deyil. Eyni şəkildə zəngin olan nə qədər bolluq içində olsa da, bu, onun nankor insan olmasını tələb etmir. Nəticədə hər iki adam da, mövcud şərtlər altında necə əxlaq göstərəcəkləri ilə sınanırlar. Ya Allaha olan bağlılıqları, hesab gününə qarşı qorxuları onların Quran əxlaqını yaşayan insanlar olmalarını təmin edəcək, ya da nankorluq edib Allahın razılığından başqa həyat sürəcəklər.

Allahdan qorxan bir insan qarşılaşdığı hər hadisədə həmişə Allaha yönələr, Ondan kömək diləyər, yalnız Rəbbimizin razılığını axtarar. Heç vaxt çətinliklər qarşısında bezməz, sınandığı hadisə nə qədər çətin olsa da din əxlaqından uzaqlaşmaz. Allaha olan etibarı, təslimiyyəti sayəsində bütün çətinlikləri Rəbbimizdən rəhmət olaraq görər.

Allah, sonsuz şəfqətinin və mərhəmətinin bir göstəricisi olaraq Özünə ixlasla yönələn bu səmimi möminlərə ən çətin görünən hadisələri belə asanlaşdırar. “İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”. (Kəhf surəsi, 88) ayəsində də bu həqiqət bizlərə bildirilib. Allah başqa ayələrdə belə buyurub:

Kim haqqını verir və Allahdan qorxursa, və ən gözəl olanı təsdiq edirsə, Biz onu ən asan olana nail edəcəyik. (Leyl surəsi, 5-7)

Allaha güvənməyənlərə isə, asan olan hadisələr belə çətin gəlir. Allah bu insanların nankorluğuna, iman etməmələrinə, Quran əxlaqından uzaqlaşmalarına qarşılıq olaraq onlara dünya həyatında həmişə çətinlik verir:

Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik. Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək. Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir. Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz. (Leyl surəsi, 8-19)

Hər insan dünya həyatında xəstəliklər, qəzalar, maddi və mənəvi çətinliklər kimi imtahanlarla sınana bilər. Bəzi insanlar zamanla meydana gələn bu cür hadisələrdə hər hansı çıxış yolunun qalmadığı, hər şeyin bitdiyi, dözülməyəcək çətinliklə qarşı-qarşıya olduqları kimi səhv düşüncələrə düşə bilərlər. Hər hadisədə bir xeyir olduğunu unudaraq üsyan edə bilərlər.

Amma bunlar əslində sadəcə şeytanın verdiyi boş təlqinlərdir. Səmimi mömin bu həqiqəti bilməlidir ki, qarşılaşdığı hadisə hər nə olursa olsun, mütləq gözəl əxlaq göstərə biləcəyi və səbir edə biləcəyi vəziyyətlə qarşı-qarşıyadır. Ümidsizliyə qapılmaq isə şeytandan gələn vəsvəsədir. Necə ki, Allah bəndələrinə Öz rəhmətindən ümid kəsməməyi belə əmr etmişdir:

Məgər onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istədiyinə də onu azaldır? Həqiqətən, bunda iman gətirən qövm üçün ibrətlər vardır. Bəndələrimə mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. (Zumər surəsi, 52-54)

Allahın yuxarıdakı ayələrlə bildirdiyi əmrinə uyan və xeyir düşünən insan yenə ayələrdə bildirildiyi kimi, xeyirlə qarşılaşar; ümid kəsən isə tək-tənha və köməksiz qalar. Allah, Öz rəhmətindən ümid kəsənlərin inkarçılar olduqlarını ayələrdə belə bildirib:

Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır. (Ənkəbut surəsi, 23)

…Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər. (Yusif surəsi, 87)

Quran əxlaqından xəbərsiz insanların ümumi xüsusiyyətlərindən biri, yaxşılıq gördükləri və ya rahat yaşadıqları vaxt bunu özlərindən zənn etmələridir. Başlarına bir pis əməl gəldiyi zaman da, dərhal günahlandıracaq bəzilərini axtarmalarıdır. Halbuki Allahın ədaləti sonsuzdur və hər pislik insanın özündən qaynaqlanır. Rəhman və Rəhim olan Allah bəndələri üçün xeyir diləyir, ancaq insanlar nəfslərinə uyaraq inkar yolunu hidayət yoluna dəyişirlər. Ayədə belə buyurulur:

Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir… (Nisa surəsi, 79)

Quranda inkarçıların azğın düşüncələrinə dair nümunələr verilib. Məsələn Firon və ətrafındakıların başlarına pislik gəldiyində bunun səbəbi olaraq Hz. Musanı və onunla bərabər olanları gördükləri, amma əslində uğursuzluğun və pisliyin əsl səbəblərinin özləri olduğu Əraf surəsində belə xəbər verilib:

Onlara bir yaxşılıq üz verəndə: “Bu, bizə məxsusdur!” – deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların uğursuzluğu Allah yanındadır, lakin onların çoxu bunu bilmir. (Əraf surəsi, 131)

Ayədə gördüyümüz kimi, din əxlaqından uzaq yaşayan insanlar hər vəziyyətdə günahlandıracaq bəzilərini axtararlar. Özlərinin etdikləri çirkinlikləri və xainlikləri görməzlikdən gəlir və yaxşı insanları pisliklə günahlandırmağa çalışarlar. Halbuki Allah əsl pisliyin qaynağının özləri olduğunu bildirir. Əgər bu insanlar yaxşını pis, xeyiri də şər olaraq şərh edirlərsə, başlarına gələn hər hansı bir çətinliyi fəlakət olaraq görüb neqativ davranırlarsa bunun tək səbəbi də özləridir. Çünki sonsuz rəhmət sahibi olan Rəbbimiz insana daşıya bilməyəcəyi, səbir edə bilməyəcəyindən artıq və fitrətinə zidd məsuliyyət qəti şəkildə verməz.

blank