Allah Quranda kimlərin öyüd alıb düşünəcəyini bildirmiş və möminlərə “Əgər nəsihət etmək fayda versə, öyüd-nəsihət ver!” (Əla surəsi, 9) ayəsi ilə bu xüsusiyyətlərə malik olan insanlara öyüd-nəsihət vermələrini əmr etmişdir. Allah öyüd verilməli insanların xüsusiyyətlərini belə xəbər verir:
“… Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir…” (Talaq surəsi, 2)
“Allahdan qorxanlar öyüd-nəsihət götürərlər.” (Əla surəsi, 10)
“… Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!” (Rad surəsi, 19)
“… Ancaq Allaha üz tutanlar ibrət alarlar!” (Mümin surəsi, 13)
“… Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!” (Qaf surəsi, 45)
“Sən öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir.” (Zəriyət surəsi, 55)
