Allah Quranda kimlərin öyüd alıb düşünəcəyini bildirmiş və möminlərə də: “Əgər öyüd vermək fayda verirsə, sən öyüd-nəsihət ver!” (Əla surəsi, 9) ayəsi ilə bu xüsusiyyətlərə sahib olan insanlara öyüd vermələrini əmr etmişdir. Allahın öyüdün fayda verəcəyini bildirdiyi insanların bəzi xüsusiyyətləri bunlardır:
… Allaha və axirət gününə iman edənlərə verilən öyüd budur… (Talaq surəsi, 2)
Allahdan qorxan nəsihəti qəbul edəcəkdir. (Əla surəsi, 10)
… Yalnız təmiz ağıl sahibləri (bundan) ibrət götürərlər. (Rad surəsi, 19)
… Yalnız Allaha yönələnlər düşünüb ibrət alarlar. (Mömin surəsi, 13)
… Mənim əzabımdan qorxan kimsələrə Quranla öyüd ver! (Qaf surəsi, 45)
Sən öyüd-nəsihət ver! Çünki öyüd-nəsihət möminlərə fayda verər. (Zəriyət surəsi, 55)

