Quranda bir çox ayədə cəhənnəmə girəcək insanların xüsusiyyətlərindən bəhs edilir. Bu xüsusiyyətlərdən bir qismini belə sadalamaq olar: Allahı inkar edən, Allahdan başqasını ilahlaşdıran, Allaha şərik qoşan, özünü ilahlaşdıran, Ondan başqa saxta ilahlar, xilaskarlar, yol göstərənlər qəbul edən, Allahın yolundan çəkindirən, Onun yolunda ziddiyyət axtaran, Allahın nazil etdiyi kitabdan bəzi şeyləri görməməzliyə vurub gizlədən, Allahın adının zikr olunmasına mane olan, yetimin malını zülm edib yeyən, insanların haqqına təcavüz edən, ayələri təkzib edən, faiz yeyən, peyğəmbərləri haqsız yerə öldürən, insanlardan ədaləti əmr edənləri öldürən, Allahın elçilərinə müxalif çıxan, qəsdən adam öldürən, insanların mallarını haqsız yerə yeyən, dinini oyun-əyləncəyə çevirən, Allahın ayələri və elçilərinə istehza edən, yenidən dirildilməyəcəyini düşünüb axirətə inanmayan, Allahın hüzuruna çıxacağına inanmayan, dünya həyatına qane olan, heç bir ciddi səbəbi olmadığı halda, Allahın fərz qıldığı ibadətləri yerinə yetirməyən, Allahdan qorxub-çəkinməyən, namaz qılmayan, pis işləri təşkil edən, fitnə-fəsad törədən, Allahın ayələrini təkzib edən, təkəbbürlə Allaha ibadətdən boyun qaçıran, möminlərə böhtan atan, əxlaqsızlığı yayan, həqiqəti gizlədən, Allahın hədlərini aşan, haramları yeyən, ölçüdə-tərəzidə ədalətsizlik edən, təkəbbürlü, xəsis, hörmətsiz, eqoist, nankor, xain, qudurğan, zalım, inadkar…
Allah bu xüsusiyyətlərə malik olub ölənə qədər bu əxlaqsız hərəkətlərdən əl çəkməyən hər kafirin mütləq cəhənnəmə girəcəyini və etdiklərinin əvəzində böyük əzab çəkəcəyini bildirmişdir. “Qaf” surəsində belə deyilir:
Atın cəhənnəmə hər bir inadcıl kafiri; xeyrə mane olanı, həddi aşanı, (Allahın birliyinə) şəkk edəni! O kimsəni ki, Allahla yanaşı, özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə! (Qaf surəsi, 24-26)

