Kiçik-böyük qarşılaşdığınız hər hadisədə vicdanınızın səsinə uymağınız, əslində Allahın razılığına uymağınız deməkdir

Bütün həyat Allah üçün yaşanmalıdır

Qurandan öyrəndiyimiz və vicdanımızla anladığımız kimi, insanın həyatının hamısı Allah üçün yaşanmalıdır. “İnsan bütün həyatını Allah üçün necə yaşayar?” deyə düşünürsünüzsə; məhz bunun da açarı vicdandır. Əgər bütün həyatınızı Allahı razı edəcək şəkildə davam etdirmək istəyirsinizsə, bunun üçün Quranın hökmlərinə uymağınız və hadisələr qarşısında da daima vicdanınızı dinləmək kifayətdir. Kiçik-böyük qarşılaşdığınız hər hadisədə vicdanınızın səsinə uymağınız, əslində Allahın razılığına uymağınız deməkdir. Bu səbəbdən içinizdəki xeyir səsini dinləməklə, hər hərəkətinizdə Allahı məmnun etmiş olarsınız.