Keyfiyyət- pulla, mal-mülk və ya brend geyimlərlə olmur

Keyfiyyət pul, mal-mülk və ya marka kimi şeylərlə ölçülmür

Keyfiyyət pul, mal-mülk və ya marka kimi şeylərlə ölçülmür. Keyfiyyət təmizlik, diqqət, gözəlliyə dəyər vermək, hörmət, gözəl əxlaq və s. kimi dəyərlərlə ölçülür.

İnsan hər gün eyni geyimdən istifadə edə bilər, lakin onu hər gün təmiz saxlayarsa, buna keyfiyyət deyilir. İnsan başqasının fikri ilə razılaşmaya bilər, amma onun düşüncələrinə hörmətlə yanaşarsa, o adam keyfiyyətli olar. İnsanın keyfiyyətli olduğunu göstərən ən əhəmiyyətli şeylərdən biri onun hərəkətləridir. Pis əmələ, tamahkarlığa, düşüncəsiz hərəkətlərə yol verməyən adam onsuz da təbii olaraq keyfiyyətlidir.

Keyfiyyəti zəruri edən bütün xüsusiyyətlər İslam cəmiyyətlərində əksərən unudulmuşdur. Bunun başlıca səbəbi İslam topluluqlarının Quranı tərk etməsidir ki, bu da ən böyük xətadır. Keyfiyyətə deyil keyfiyyətsizliyə, sevgiyə deyil nifrətə, həmçinin təmizliyə deyil kirlilik və diqqətsizliyə əhəmiyyət verən cəmiyyətlər meydan gəlmişdir. Bunun yeganə çarəsi Qurandır.

Müsəlmanın üstün keyfiyyətini Qurandan dəlillərlə həmin cəmiyyətlərə göstərmək hal-hazırda ən təcili ehtiyaclardan biridir. Qurandan dəlil göstərmədikcə həmin cəmiyyətlər demokratiyadan uzaqlaşıb aqressiv topluluqları meydana gətirməyə, keyfiyyətsizliyi yaymağa və incəsənətə, təmizliyə əhəmiyyət verməməyə davam edəcəklər. Bu isə hər keçən gün daha da şiddətlənən böyük bəladır.