“Heyvanlardakı mükəmməl strukturlar” deyildikdə ağla fərqli, adı heç eşidilməmiş canlıların maraqlı xüsusiyyətləri nəzərdə tutulurmuş kimi bir düşüncə gələ bilər. Halbuki insanın çox yaxınlığında olan, hər zaman görməyə alışdığı canlılarda da bu mükəmməl xüsusiyyətlər mövcuddur. Çox vaxt insanın belə bacara bilməyəcəyi qədər mürəkkəb əməliyyatlar icra edən bu canlıların, məsələn, bir milçəyin və ya bir quşun bədənində fövqəladə yaradılış var. Ətrafındakı canlıları diqqətlə müşahidə edən insan bu canlıların üstün ağlın məhsulu olduğunu, yəni bu canlıların yaradıldığını görəcək.
Məsələn hər gün, hər yerdə görməyə alışdığınız milçəklər, uçmaq üçün daha çox enerjiyə ehtiyac duyurlar. Buna görə də, milçəklərin digər canlılardan daha fərqli tənəffüs sistemi var. Havadan aldıqları oksigen bədənlərindəki xüsusi nazik hava borularıyla hüceyrələrə çatdırılır. Məhz bu sayədə, mərhələsiz və fasiləsiz surətdə, çox sürətli və məhsuldar şəkildə oksigenin yanmasını təmin edilir. Bu, milçəyin sahib olduğu möcüzəvi xüsusiyyətlərdən yalnız biridir. Milçəklərdə buna bənzər daha bir çox yaradılış möcüzəsi var. Allah milçəyin yaradılışındakı üstünlüyə bir ayəsində belə diqqət çəkir:
Ey insanlar, sizə bir nümunə verilir; indi onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa tapındıqlarınız həqiqətən bir milçəyi belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də gücsüzdür, istənilən də. (Həcc surəsi, 73)

