Kənardan görünənlərə aldanmayın

İnsan ağılla düşündüyü zaman istənilən mövzunu ən doğru şəkildə şərh etmək qabiliyyətinə

İnsan ağılla düşündüyü zaman istənilən mövzunu ən doğru şəkildə şərh etmək qabiliyyətinə malikdir. Amma ümumiyyətlə insanlar səthi düşünməyə meyllidirlər. Bir hadisə ilə qarşılaşdıqları zaman mövzunu bütün incəliyi ilə ağıllı tərzdə qiymətləndirməkdənsə, ani mühakimə edirlər. İnsanlar haqqında da dərhal qənaətə gəlirlər. Halbuki kənardan görünənlər çox vaxt aldadıcıdır…

Cəmiyyətdə bir çoxlarının etinasız yanaşdığı insanlar var. Bəzisi qonşusunun, bəzisi məktəbdəki bir şagirdin, bəzisi iş yerindəki həmkarının, bəzisi televizorda gördüyü tanınmış bir sənətçi və ya siyasətçinin həyatını heyranlıqla izləyir. Öz həyatı ilə onların həyatını müqayisə etdiyi zaman o insanın həyatının daha yaxşı, gözəl və xoş olduğunu düşünür. Həmin adamın yerində olmaq istəyir. Bu insanların sahib olduqları şərtləri əldə etsə daha xoşbəxt olacağını, bir çox probleminin həll olacağını, hər şeyin tam istədiyi kimi olacağını zənn edir.

Halbuki, kənardan görünənlər çox vaxt aldadıcıdır. Bəzən dəbdəbəli, həyatlarıyla ətrafında heyranlıq oyandıran insanlar dünyanın ən bədbəxt insanlarıdır. Bəzən bir çoxlarının “onun əlindəki imkanlar məndə olsaydı, mən nələr edərdim” deyərək izlədikləri insanların sahib olduqları şeylər əslində o adamı uçuruma aparır. Bəzən bir insanı digərlərindən üstün etdiyi zənn edilən nemətlər əslində sadəcə göz qamaşdırır. Nə sahibinə, nə də başqalarına heç bir faydası yoxdur. Əsl dəyərli olan, insanları xoşbəxt edəcək nemətlər bunlar deyil.

Allah bir nəfərə dünyada “nemət” olduğu düşünülən hər cür gözəlliyi verə bilər. Sağlamlıq, gözəllik, sevimlilik, simpatiya, mal-mülk, ehtişam, etibar, möhtərəmlik və s. bir çox nemət… Bu şəxs ətrafındakı insanlar tərəfindən ən çox sevilən, hörmət edilən, sözünə ən çox etibar edilən, ən müsbət dünyagörüşüylə yaxınlaşılan, ən yaxın hesab edilən, dostluğu ən çox istənən insan ola bilər…

I …Kənardan baxan biri bu adamın yerində olmağı çox istəyər. “Həqiqətən onun yerində mən olsam, bəlkə nə qədər xoşbəxt olardım” deyə düşünər. Ya da “yəqin ki, o, bu yaşadıqlarına görə çox xoşbəxtdir” deyə düşünür. Bəzən də “bu adam Allahın nə qədər sevdiyi bir quludur ki, Allah ona bu qədər gözəl nemətlər vermiş və bu qədər gözəl bir həyat yaşadır” deyə düşünər. Bəzən isə “demək ki, Allahın sevgisini o qədər qazana bilmədim ki, mənə bu cür nemətlər nəsib olmadı” kimi Quran əxlaqına tamamilə əks, tamamilə səhv bir zənnə qapılar.

Allah dünya həyatında hər bir insan üçün fərqli imtahan yaradır. İnsanlar həyatının müxtəlif dövrlərində bəzən nemətlərlə, bəzən çatışmamazlıqlarla, bəzən çətinliklərlə, bəzən də gözləmədikləri yaxşılıqlarla sınanırlar. Kənardan baxaraq bir insanın yaşadıqlarının digərinə görə daha üstün və ya o adamın daha lehinə olduğunu insanlar bilməzlər. Bunun elmi Allah Qatındadır. Bəzən bütün ömrünü yoxluq içində, çətinliklərlə, xəstəliklərlə mübarizə apararaq, tək qalaraq, ömrünü cəmiyyət tərəfindən təcrid edərək keçirən insan dünyada da, axirətdə də hamıdan daha çox qazana bilər. Eyni şəkildə başqalarıyla müqayisə edildiyi zaman həmişə nemətlərin ən çoxuna sahib olan insan dünyada və axirətə ən çox itkiyə uğramış olan insan ola bilər. Əlbəttə, nemət içində yaşayıb dünyada da, axirətdə də gözəl qarşılıq alacaq insanlar da var. Ancaq əhəmiyyətli olan bunların heç birinin kənardan baxılaraq təxmin edilə bilməməsidir.

Səmimi Allah sevgisi, Allah eşqi insanın qəlbində olur. İnsan istər yoxluq, istər bolluq içində olsun həyatını Allah eşqiylə yaşayırsa, o insan hər zaman qazanclıdır. Eyni şəkildə ürəyi qatılaşmışsa, Allahı təqdir edə bilməmişsə, belə insan da istər nemət içində, istəsə də çətinliklər içində həyat sürsün nəticə mütləq hüsrandır. Dünyada, ya da axirətdə əvvəl axır onu gözləyən nəticə bədbəxtlik və peşmanlıq olacaq.

Buna görə də insanların kənardan necə göründüyünə, ya da həyatının necə qəbul edildiyinə baxıb aldanmamaq lazımdır. Bir insan nemət sahibidirsə bu, onun Allah Qatında üstünlük qazanmış olduğunu göstərməz.