Quranda Allahın haram etdiyi və lənətlənmiş günah olaraq bəhs etdiyi homoseksuallığı yaymaq naminə narahatlıq yaradan hadisələr baş verir.
Dünyada son dövrlərdə baş verən bu dəyişiklik müsəlman ölkələrini də təhlükə altına alır. İlk mərhələdə homoseksuallığı dəstəkləmək İslam dünyasına müasirliyin tələbi kimi təqdim edilir. Bu “müsəlmanlar” Quranda homoseksualizmin açıq şəkildə haram edilməsinə baxmayaraq, onu müdafiə edirlər. Bu çirkin qadağanın əleyhinə olanlar isə şovinist, ya da mürtəce kimi səciyyələndirilir.
Bu lənətlənmiş əməli müdafiə edənlərin bir başqa iddiası da homoseksualizmin İslam və Quranla ziddiyyət təşkil etməməsi istiqamətindədir. Bu iddia ilə ortaya çıxan “alimlər” qərb dünyasında dərhal dəstək görür. Dünya homoseksual klanı bu insanları həm müdafiə edir, həm də ön plana çıxarır. Bu həyasızlığın müsəlman cəmiyyətlərdə əsas tapması üçün həm daxildən, həm də xaricdən intensiv fəaliyyət davam edir. Buradakı məqsəd isə müsəlman cəmiyyətləri öz içlərində korlanmış və degenerasiya məruz qalmış icmalar halına gətirməkdir.
Halbuki homoseksuallıq Quran ayələri ilə lənətlənmiş açıq günahdır. (Əraf surəsi 80-82) (Hicr surəsi 68-75). Qurani-kərimin homoseksualizmi qadağan etmədiyini iddia edənlər bu böhtanlardan Allaha sığınmalıdırlar.

