Kədər Allahın Quran ayələri ilə qadağan etdiyi bir davranış pozuqluğudur. Allaha iman edən, Allahın sonsuz gözəl əxlaqını, sonsuz gücünü bilən bir insan üçün kədərlənəcək heç bir şey yoxdur. Allah, o adamın qədərində nə yaradırsa yaratsın, bu, o adam üçün ola biləcək ən qiymətli, ən hikmətli, ən gözəl və ən xeyirli olandır. Allah sonsuz ədalətlidir. Allah qullarını çox sevəndir. Allah mömin qulları üçün hər şeyi “xeyir” olaraq yaradandır. Allah əzabı, çətinliyi yaradır, ancaq bütün bunları, mömin qullarının daha gözəl əxlaqlı ola bilmələrinə və axirətdə daha gözəl bir qarşılıq ala bilmələrinə vəsilə olması üçün yaradır. Bu səbəbdən mömin, yoxsulluq içində olsa da, çətinlik çəksə də, xəstə olsa da, tək qalsa da, bir çox şeydən məhrum və zərər çəkmiş vəziyyətdə qalsa da (Allahı tənzih edərik, Allah sonsuz ədalət sahibidir), bunların heç birini bir kədər vəsiləsi olaraq görməz. Əlbəttə ki, bütün bu şərtlərin; çətinlik və ağrının, çətinlikləri vardır. İnsan maddi mənəvi bir çox baxımdan həqiqətən çox çətinlik çəkdiyi vəziyyətlərlə qarşılaşa bilər. Amma məsləhətli olan, hətta bu şərtlərdə də insanın, Allahın sevgisindən əmin olması, Allahın rəhmətinə ümid etməyin rahatlığını, sevincini yaşamasıdır. Çətinliklərə görə ümidsizliyə qapılmamalı (Allahı tənzih edərik), problem və çətinlikləri dünya həyatının “kədərlənməsi lazım olan vəziyyətlər”i olaraq görməməlidir.
İnsanlara çox kiçik yaşlarından etibarən təlqin edilən bəzi inanclar vardır. Bunlar ümumiyyətlə cəmiyyətdə hakim olan anlayışın bir parçasıdır. Bir insanın nələrdən qorxması, nələrə sevinməsi, nələrə küsməsi, nələrə kədərlənməsinin lazım olduğu kimi bütün məlumatlar, bu yaşlarda insanlara təlqin edilir. İnsanların, xoşlarına gəlməyən bir vəziyyətlə qarşılaşdıqlarında dərhal kədərlənməyə meyl etmələrinin bir səbəbi də, ona illər boyu yeridilmiş bu təlqinlərdir. Nəfsin insanı hüsrana, ümidsizliyə, kədərə, əlacsız və çarəsiz olduğuna inandırmağa qarşı bir meyli onsuz da vardır. Buna əlavə olaraq cəmiyyətdən alınan təlqinlər əlavə olunduğunda, -iradəsini, ağılını, vicdanını istifadə etməyən bir çox insan- özünü asanlıqla kədərə təslim edər. Kədərin içinə tam girdiyində isə, bu adamı, xarici bir müdaxiləylə ağıllı bir yola çəkə bilmək çox çətin hala gəlir. Belə insanlar ümumiyyətlə kədəri bir həyat tərzi olaraq mənimsəyirlər. Allahın gücünü, ədalətini, mərhəmətini, sevgisini, dualara cavab verən və hər şeyi xeyrlə yaradan olduğunu düşünmək istəməzlər. Bunun yerinə həmişə (Allahı tənzih edərik) nə qədər zərər çəkdiklərinin dəlillərini düşünüb özlərini daha da kədərli bir hala salmağı seçərlər.

