“Onların sözü səni kədərləndirməsin”. Haramdır. Açıq və möhkəm ayədir, “Onların sözü səni kədərləndirməsin”. Bu ayəyə görə haramdır. Yəni “səni kədərləndirməyə bilər” demir Allah. “Kədərləndirməsin”. Kədərləndirməsin əmrdir. Buna görə də, kədərlənmək haramdır. Namaz kimi, oruc kimi əmrdir bu.
“Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik”. Cahillər bəzi şeyləri gizlədər və zənn edir ki, bilinmir. Halbuki, ağlından keçəni onsuz da Allah yaradır. Allah bütün təfərrüatı ilə bilir. “O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir”. “İlk dəfə yaratdım” -deyir Allah. “İlk dəfə necə yaratdımsa, yenə yaradaram” -deyir. “Və hər an yaradıram” -deyir Allah, “hər an yaradıram”. Beynimizin içində Allah görüntü olaraq da yaradır hər şeyi.

