Allah Quranda, tarix boyunca yaşamış bütün xalqlara doğru yolu göstərdiyini və onlara elçiləri vasitəsi ilə dünyanın keçiciliyini, əsil yurdun axirət olduğunu xatırlatdığını bildirmişdir. Ancaq yenə Quranda bildirildiyi kimi, insanların çoxu küfr etməkdə israr etmişlər və elçilərin dəvətini qəbul etməmişlər. Bunun üzərinə Allah onları heç gözləmədikləri şəkildə əzabla yaxalamış və bir qismini də yer üzündən tamamilə silmişdir.
Quranda keçmişdə yaşamış qövmlərdən bəhs edilməsinin ən əhəmiyyətli səbəblərindən biri, bu günkü insanların eyni vəziyyətə düşməkdən çəkinmələrini təmin etməkdir. Keçmiş cəmiyyətlərin başına gələn fəlakətlərə və onlara aid arxeoloji qalıqlara, yalnız hər hansı bir tarixi məlumat gözüylə baxmaq və bunlardan ibrət almamaq isə son dərəcə səhv olar. Allah bu cəmiyyətlərin başlarına gələnlərdən öyüd almağı əmr etmişdir:
Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər əzabdan qaçıb qurtara bildilərmi?” Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır. (Qaf surəsi, 36-37)

