Keçdiyimiz günlərdə də İsrail dövləti, Ramazan ibadətlərini yerinə yetirmək istəyən müsəlmanlara müdaxilə etdi və baş verən hadisələrin ardından Qəzzada mülki şəxslərin üzərinə bomba yağdırdı

Kitab Əhli ilə tolerant münasibət

Allahın Quranda Kitab Əhli mövzusunda müsəlmanlara əmr etdiyi tolerant yanaşma İslam tarixi boyu təzahür etdi. Müsəlmanlar əsrlər boyu yəhudilərə dostca davrandılar və Yəhudilər də buna dostluq və vəfa ilə cavab verdilər. Bu mühiti pozan ünsür, ateist sionizm oldu.

Ateist sionizm, 19-cu əsrdə ortaya çıxdı. 19-cu əsr Avropasının iki diqqətə çarpan xarakteri, sionizmə də təsir etmişdi: İrqçilik və müstəmləkəçilik. Ateist sionizmin bir başqa diqqətə çarpan xüsusiyyəti isə, dövrün digər ideologiyaları kimi dinsiz ideologiya olması idi. Sionizmin fikri liderliyini edən yəhudilər, dini inancları olmayan kəslər idi. Hətta çoxu ateist idi. Yəhudiliyi bir inanc birliyi olaraq deyil, bir irqin adı olaraq qəbul edirdilər. Yəhudilərin Avropalı millətlərdən ayrı bir irq olduğu, onlarla birlikdə həyatalarının mümkün olmadığı, mütləq özlərinə xas ayrı bir yurd əldə etmələrinin şərt olduğu iddiası ilə ortaya çıxdılar. Fələstini seçmələrinin səbəbi dini deyil, tarixi idi.

Ateist sionizm, orta şərqə girdiyi gündən etibarən, bölgəyə qarşıdurma və kədər gətirdi. İki dünya müharibəsi arasındakı dövrdə, ateist sionist teror təşkilatları Ərəblərə və İngilislərə qarşı qanlı hücumlar təşkil etdilər. 1948-ci ildə İsrailin qurulmasının ardından da, ateist sionizmin yayılma strategiyası Orta şərqi qarışıqlığa sürüdü.
Bu zülmü reallaşdıran ateist sionizmin çıxış nöqtəsi, yəhudi dini deyil, 19-cu əsrdən miras qalma irqçi, müstəmləkəçi və sosial darvinist ideologiya idi. İnsanlar arasında daimi bir qarşıdurma olması lazım olduğunu müdafiə edən, “güclülər qalib gələr, zəiflər yox olar” fəlsəfəsini təlqin edən sosial darvinizm, Alman millətini nazizmə sürüdüyü kimi, yəhudiləri də ateist sionizmə sürüdü.

Bu gün ateist sionizmi tənqid edən bir çox dindar yəhudi eyni həqiqəti vurğulamaqdadır. Dindar yəhudilərin liderlərindən biri olan Ravvin Hirsch, “Sionizm, yəhudi xalqını milli bir varlıq olaraq təyin etmək istəyir… bu dindən sapmadır” deyir. (Washington Post,” 3 oktyabr 1978-ci il, “Zionism wants to define the Jewish people as a national entity … which is a heresy.”) İsrailli dövlət adamı Amnon Rubinsteinə görə, bir çoxları üçün “Sionizm, (bəzi Yəhudilərin) atalarının yurduna və ravvinlərin sinaqoquna baş qaldırmasının təbii nəticəsi”dir. (Amnon Rubinstein, The Zionist Dream Revisited, səh. 19)
Ateist sionizm, həqiqətdə bir növ faşizmdir. Faşizm isə dindən deyil, dinsizlikdən qaynaqlanır. Bu səbəbdən orta şərqdə axan qanların əsas məsulunun, yəhudi dini deyil, dinsiz və faşist ideologiya olan ateist sionizm olduğunu bilmək lazımdır.
Ancaq faşizmin digər versiyaları kimi, ateist sionizm də, dini öz məqsədləri üçün istifadə etmək istəmişdir.