Kamil imana sahib olmaq üçün nə etmək lazımdır?

Kamil imana sahib olmaq üçün, Allahın Özünü tanıtdığı və bəndələrindən istədiklərini bildirdiyi Qurana ciddi əməl etmək lazımdır. Buna görə də, mömin, həyatının sonuna qədər Allahın bütün əmr və qadağaları mövzusunda son dərəcə diqqətli davranır. Allahın bəyəndiyi əxlaq modelini də usanmadan ölənə qədər səbirlə tətbiq edir. Kamil iman sahibi olan möminin əxlaqında səbir etmək olduqca əhəmiyyətli xüsusiyyətdir. Çünki Kamil iman sahibi bu xüsusiyyəti ilə insanlar arasında önə çıxır. Quranda Allahın rizasını qazanmaq məqsədilə “yaxşı işlərdə irəli keçənlər”dən (Fatir surəsi, 32) danışılır. Eyni zamanda Quranda “İnsanlardan eləsi də var ki, Allaha şübhə içində ibadət edər…” (Həcc surəsi, 11) ayəsində ifadə edildiyi kimi, imanı lazımi kimi yaşamayanlardan da bəhs edilir.