Hz. Süleyman, ona verilən nemətlər üçün həmişə Allaha şükür və dua etməklə Ona yönəlmişdi. Allah hz. Süleymanın duasının birini Quranda belə bildirir:
“… Ey Rəbbim! Həm mənə, həm də ata-anama verdiyin nemətə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh bəndələrinin arasına daxil et!” (Nəml surəsi, 19)
Hz. Süleymanın üstün və seçilmiş bir mövqeyə layiq edilməsi, əlbəttə, əlində olan maddi imkanları Allah rizası üçün istifadə etməsinə görədir. Bu imkanlar onun Allaha yaxınlığının daha da artmasına, Allahı xatırlamasına vəsilə olmuşdur. Onun: “… Həqiqətən, mən mal-mülk sevgisini Rəbbimi zikr etmək üçün istədim” (Sad surəsi, 32) dediyi bir ayədə bildirilmişdir. Nemətlər və imkanlar nə qədər çox olsa da, bunlara görə təkəbbür etməmək və lovğalanmadan yalnız Allaha yönəlmək ancaq dərin iman sahiblərinə xas olan əxlaqdır. Allah hz. Süleymanın bu əxlaqını bütün insanlara nümunə olaraq bildirmişdir.
Həqiqətən, dərgahımızda onun üçün uca bir məqam və gözəl bir qayıdış yeri vardır. (Sad surəsi, 40)
