Kamil İman Nədir?

“Məhz bunlar yaxşı işlər görməyə tələsər və bunun üçün yarışarlar.” (Muminun surəsi, 61)

“Kamil” sifəti yetkin, nöqsansız, mükəmməl mənalarını ifadə edir. “Kamil iman” da bir insanın çatdığı imani yetkinliyin və dərinliyin ən üstün, ən mükəmməl dərəcəsini bildirir. Bəs bir insanın imanının yetkinləşməsi, mükəmməlləşməsi necə reallaşır?

“Allaha iman etmək”, insanın Allahın hər şeyin yeganə yaradıcısı, yeganə sahibi və yeganə hakimi olduğunu qavramasıdır. Hər insanın Ona möhtac olduğunu bilib, Allahın heç bir şeyə ehtiyacı olmadığını və hər işi tale ilə yaratdığını anlayaraq həyatın hər anında Ona təslim olmasıdır.

“Allaha təslim olmaq” isə Allahdan çox qorxmaqla və Ona hər şeydən və hər kəsdən çox bağlanıb Onu çox sevməklə mümkün olur. Allaha əsl mənada təslim olan bir insan özünə yalnız Allahı dost və vəli edir.

Həyatı boyu qarşısına çıxan hər hadisənin Allahın icazəsi ilə reallaşdığını və bütün bunların xüsusi hikmətlərlə yaradıldığını bilir. Buna görə də, hər nə olsa da hər zaman Allaha qarşı boyun əyici, şükür edici və itaətli davranır.