Materialist fəlsəfə kainatdakı və təbiətdəki bütün sistemlərin öz-özünə işləyən cihaz olduğunu və bunlardakı qüsursuz nizam və müvazinəti yaradanını təsadüflər olduğunu irəli sürür. Ancaq dövrümüzdə materializmin və onun “elmi” təməli olan darvinizmin əsassızlığı elmi cəhətdən sübut edilmişdir.
XX əsrdə bir-birinin ardınca edilən elmi kəşflər həm astrofizika, həm də biologiya sahəsində kainatın və canlıların yaradıldığını sübut etdi. Bir tərəfdən darvinizmin təməlləri çökərkən digər tərəfdən də kainatın yoxdan yaradıldığını sübut edən Big Bang nəzəriyyəsi və maddi dünyada böyük dizayn və həssas ölçü (fine tuning) olduğunu aşkar edən kəşflər materializmin iddialarının əsassızlığını bir daha göstərdi.
Həyatın əmələ gəlməsi üçün lazım olan şərtlərə baxdıqda təkcə Yerin bu cür xüsusi mühitə malik olduğunu görürük. Həyat üçün əlverişli olan bu mühiti təmin etmək üçün saysız-hesabsız şərt eyni anda, daima mövcud olmalıdır. Kainatda təqribən 100 milyard qalaktika və hər birində təxminən 100 milyard ulduz və bir o qədər planet olduğunu düşünsək, Yerdə bu qədər müstəsna mühitin əmələ gəlməsinin əhəmiyyəti məlum olar.
Big Bangin partlayış sürətindən atomların fiziki müvazinətlərinə, dörd əsas qüvvənin nisbətindən ulduzlardakı kimyəvi proseslərə, Günəşin yaydığı işığın növündən suyun axıcılıq dəyərinə, Ayla Yer arasındakı məsafədən atmosferdəki qazların nisbətinə, Yer ilə Günəş arasındakı məsafədən Yerin oxunun mailliyinə, Yerin öz oxu ətrafında fırlanma sürətindən Yerdəki okeanların dağların funksiyalarına qədər hər detal bizim həyatımız üçün uyğundur. Bu gün elm dünyası kainatın bu xüsusiyyətlərini antropik prinsip (Anthropic Principle) və incə ölçü (fine tuning) anlayışları ilə ifadə edir. Bu anlayışlar kainatın məqsədsiz, nəzarətsiz, təsadüfi maddə yığını olmadığını, əksinə, insanın həyatı üçün, xüsusi məqsədlə, həssas şəkildə dizayn edildiyini göstərir.
Yuxarıdakı ayələrdə Allahın yaratmasındakı ölçü və ahəngə diqqət çəkilir. “Furqan” surəsinin 2-ci ayəsində ölçüb-biçmək, nizamlamaq, ölçü ilə etmək mənasını verən “təqdir” sözü, “Mülk” surəsinin 3-cü ayəsi ilə “Nuh” surəsinin 15-ci ayəsində isə “uyğunluq” mənasını verən “tibaqa” sözü işlədilmişdir. Bundan əlavə, Allah “Mülk” surəsində ixtilaf, ziddiyyət, uyğunsuzluq, nizamsızlıq mənalarını verən “təfavutin” sözü ilə uyğunsuzluq axtaranın ziddiyyət tapmayacağını bildirir.
XX əsrin sonlarına doğru işlədilməyə başlayan həssas ölçü (fine tuning) ifadəsi bu ayələrdə bildirilən həqiqəti təsdiq edir. Son 20-30 il ərzində bir çox elm adamı kainatın təsadüflər yığını olmadığını, əksinə, hər detalda insanın həyatına xidmət edən dizayn və nizam olduğunu göstərdi. Kainatdakı bir çox xüsusiyyət kainatın həyat üçün xüsusi dizayn olunduğunu göstərir. Fizik dr. Karl Gibeson bu həqiqəti belə ifadə edir:
“Son 40 ildir ki, fizika və kosmologiyadakı irəliləyişlər elmi lüğətə dizayn sözünü geri qaytardı. 1960-cı illərin əvvəlində fiziklər insan həyatı üçün “həssaslıqla nizamlanmış” kainatın örtüyünü açdılar. Həyatın kainatdakı labüd və qüsursuz müvazinətə malik amillərlə bağlı olduğunu kəşf etdilər.”
İngilis astrofizik prof. Corc F. Ellis (George F. Ellis) bu həssas ölçüdən belə bəhs edir:
“(Kainatdakı) bu kompleksliyi mümkün edən qanunlarda heyrətamiz həssas ölçü görünür. Kainatda mövcud olan bu kompleksliyi möcüzə sözü ilə belə tərif etmək çox çətindir.”

