Bütün kainat, yer üzündəki bütün canlılar bir şeyə işarə edirlər. Araşdırıldıqca fövqəladəlik olduğu məlum olur. Kainatdakı tarazlıq, dünyadakı nizam, bütün canlılıq, bir canlının tək bir hüceyrəsi, tək bir atom, sahib olduqları fövqəladəliklərlə insanlara bir mesaj verərirlər. Onlar mütləq bir ağıl var deyirlər. Bu ağıl sizdən, sizin görüb bildiyiniz hər şeydən daha üstündür deyirlər. Aləmlər içində aləmlər yaradan, atomun içində belə ağlını və ucalığını göstərən üstün Qüvvəyə işarə edirlər. Onların göstərdiyi işarələrdən çıxan bir nəticə var. Bu nəticə, bizi Aləmlərin Rəbbi olan Uca Allahın varlığına aparır.
Kainat və təbiət nəyə işarə edir?
