O, göyləri və yeri yoxdan var edəndir… (Ənam surəsi, 101)
Bu gün elm dünyası kainatın “Böyük Partlayış” (Big Bang) adlanan hadisə nəticəsində yoxluqdan bir anda meydana gəldiyini qəbul edir. Bu nəzəriyyənin qəbul edilməsini təmin edən dəlillər bunlardır:
Kainatın genişlənməsi: 1929-cu ildə Edvin Habbl (Edwin Hubble) tərəfindən bütün səma cisimlərinin bir-birindən uzaqlaşdığı, yəni kainatın getdikcə genişləndiyi sübut olundu. Bu, kainatın tək bir nöqtədən partlayışla başladığının dəlilidir.
Kosmik Fon Radiasiyası: Kainat bir partlayış nəticəsində yaranıbsa, ondan geriyə bir radiasiya qalmalı idi və bu radiasiya kainat hər yerinə bərabər paylanmalıdır. 1965-ci ildə bu radiasiya aşkar edildi və peyklər vasitəsilə təsdiqləndi.
Kainatdakı hidrogen-helium nisbəti: Böyük Partlayışın (Big Bang) digər mühüm sübutu isə kosmosdakı hidrogen və helium qazlarının miqdarıdır. Müasir dövrdə aparılan ölçmələr nəticəsində məlum olmuşdur ki, kainatdakı hidrogen-helium qazlarının nisbəti, Böyük Partlayışdan sonra qalmalı olan hidrogen-helium nisbətinin nəzəri hesablamaları ilə tamamilə üst-üstə düşür. Əgər kainatın bir başlangıcı olmasaydı və o, əzəldən bəri mövcud olsaydı, tərkibindəki hidrogen ulduzlardakı nüvə reaksiyaları nəticəsində tamamilə yanaraq heliuma çevrilmiş olardı. (
Kainatın yoxdan var olduğunu, başqa sözlə, yaradıldığını sübut edən Böyük Partlayış nəzəriyyəsi, materialist fəlsəfənin “kainat sonsuzdan bəri mövcuddur” iddiasını qəti şəkildə alt-üst etmişdir.

