Göyləri və yeri yoxdan var edəndir … (Ənam surəsi, 101)
Bu gün elm dünyası, kainatın Big Bang adı verilən böyük bir partlayışın ardından yoxluqdan bir anda meydana gəldiyini qəbul etmişlər. Big Bang nəzəriyyəsinin qəti şəkildə qəbul edilməsini təmin edən dəlillər bunlardır:
Kainatın genişlənməsi: 1929-ci ildə Edvin Habl (Edwin Hubble) tərəfindən bütün göy cisimlərinin bir-birlərindən uzaqlaşdığı, digər bir sözlə kainatın gedərək genişlənməsi ortaya qoyuldu. Bu, kainatın tək bir nöqtənin partlamasıyla (Böyük Partlama ilə) var olduğunun qəti dəlilidir.
Kosmik Fon Radiasiyası: Kainat kosmik bir partlayış nəticəsində ortaya çıxdığına görə bu partlayışdan geriyə qalan bir radiasiya olmalı idi və bu radiasiyanın da kainatın hər yerinə bərabər bir şəkildə dağılmış olması lazım idi. Necə ki, 1965-ci ildə lazım olan bu radiasiya tapıldı və sonrakı illərdə peyklər vasitəsilə bəhsi keçən radiasiyanın varlığı qəti olaraq təsdiqləndi.
Kainatdakı hidrogen-helium nisbəti: Big Bang-ın digər bir əhəmiyyətli dəlili isə, kosmosdakı hidrogen və helium qazlarının miqdarı oldu. Dövrümüzdə edilən ölçülərlə aydın oldu ki, kainatdakı hidrogen-helium qazlarının nisbəti Big Bangdan artan hidrogen-helium nisbətinin nəzəri hesablamalarına uyğundur. Əgər kainatın bir başlanğıcı olmasaydı və kainat sonsuzdan bəri var olsaydı, içindəki hidrogen tamamilə yanaraq heliuma çevrilmiş olardı.
Kainatın yoxdan var olduğu, digər bir sözlə yaradıldığı mənasını verən Big Bang nəzəriyyəsi, materialist fəlsəfənin kainatın sonsuzdan bəri var olduğu iddiasını qəti olaraq yıxmışdır.

