Kainat da ölümlüdürmü?

Allah Quranda kainatdakı bütün yaradılmışların xaricində kainatın da ölümlü olduğunu bildirir. Bütün heyvanlar ölər, bitkilər ölər, insanlar ölər. Planetlər də ölər, ulduzlar və Günəş də ölər. Bütün maddi varlıqlar qiyamətlə birlikdə ölər, yox olar. Kainatın ölümü olan qiyamət, insanın daha əvvəl heç qarşılaşmadığı qədər böyük bir hadisədir. Quranda qiyamət günü belə bildirilir:

(Qovulmuş şeytandan Allaha sığınıram!)

O (istehza edərək): “Qiyamət günü nə zaman olacaq?” – deyə soruşur. Göz bərəldiyi zaman, Ay tutulduğu zaman, Günəş və ay bir yerə gətirildiyi zaman, O gün insan: “Hara qaçmaq olar?” – deyəcəkdir. Xeyr! Heç bir sığınacaq yer olmayacaqdır. O gün gediləcək yer yalnız Rəbbinin hüzurudur. O gün insana etdiyi və təxirə saldığı hər şey xəbər veriləcəkdir. (Qiyamət surəsi, 6-13)