Allah Quranda kainatdakı bütün yaradılmışlarla yanaşı kainatın da ölümünün olduğunu bildirir. Bütün heyvanlar, bitkilər və insanlar ölər. Planetlər, ulduzlar və günəş ölər. Bütün maddi varlıqlar ölər və Qiyamət günü ilə birlikdə mövcudluğunu itirər. Kainatın ölümü olan qiyamət insanın daha əvvəl heç qarşılaşmadığı qədər böyük bir hadisədir. Qiyamət günü Quranda belə təsvir olunur:
O (istehza edərək): “Qiyamət günü nə zaman olacaq?” – deyə soruşur. Göz bərəldiyi zaman, Ay tutulduğu zaman, Günəş və ay bir yerə gətirildiyi zaman, O gün insan: “Hara qaçmaq olar?” – deyəcəkdir. Xeyr! Heç bir sığınacaq yer olmayacaqdır. O gün gediləcək yer yalnız Rəbbinin hüzurudur. O gün insana etdiyi və təxirə saldığı hər şey xəbər veriləcəkdir. (Qiyamət surəsi, 6-13)

