Allah Quranda kainatdakı bütün yaradılmışların xaricində kainatın da ölümünün olduğunu bildirir. Bütün heyvanlar ölər, bitkilər ölər, insanlar ölər. Planetlər də ölər, ulduzlar və Günəş də ölər. Bütün maddi varlıqlar qiyamətlə birlikdə ölər, yox olar. Kainatın ölümü olan qiyamət, insanın daha əvvəl heç qarşılaşmadığı qədər böyük bir hadisədir. Quranda qiyamət günü belə bildirilir:
O: “Qiyamət günü nə vaxt olacaq!” – deyə rişxəndlə soruşur. Gözlər bərələ qalacağı, ay tutulacağı və günəşlə ayın qovuşacağı zaman – o gün insan deyəcəkdir: “Hara qaçaq? Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq. O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır. O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir. (Qiyamət surəsi, 6-13)

