İnsan ucsuz-bucaqsız kainatda nöqtə boyda sahəni belə əhatə etmir. Aşağıdakı şəkilləri araşdırdığınızda bunu daha yaxşı anlayacaqsınız. Allah kosmosdan atomun daxilindəki zərrəciklərə qədər davam edən sistemdə mükəmməl nizam yaratmışdır. Nəhəng qalaktikalarda da, mikroskopik ölçüdəki yarpaq hüceyrəsində də çox incə nizam mövcuddur. Kainatdakı hər şeyi qüsursuz yaradılışla var edən Rəbbimizin sənəti bədənimizdə də, atomlarda da, ulduzlarda da mükəmməl şəkildə təcəlli edir. Bizim üzərimizə düşən məsuliyyət isə həyat üçün belə qüsursuz kainatı yaradan Rəbbimizə şükür etməkdir.
Everest kimi yüksək zirvələri, Nil kimi uzun çayları, Sakit, Atlantik okean kimi nəhəng okeanları və 6.5 milyarda çatan insanları özündə ehtiva edən dünyaya100.000 kmuzaqdan baxsaq, bir aspirin dərmanı boyda olduğunu görərik.
Yer kürəsinin Günəşdən qəbul etdiyi bir günlük enerji bütün bəşəriyyətin bir gün ərzində ehtiyacı olan enerjinin təxminən on min mislidir.
Yer kürəsinin nəhəng qitələrini məhsuldar torpaqları ilə insan üçün əlverişli şəkildə yaradan Allah bizə lütf etdiyi dünya nemətlərini bir ayədə belə bildirmişdir:
Yer üzündə bir-birinə yaxın (müxtəlif iqlimli) torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır. (Rəd surəsi, 4)
Günəş şüaları canlı həyatın davam etməsi üçün Yer kürəsinə tam lazım olan ölçüdə çatır. Bu ideal ölçünü təmin edən isə Yer kürəsini bir tavan kimi əhatə edən atmosferdir. Atmosferin başqa xüsusiyyəti isə Yerə çatan şüaları seçib zərərli şüaların keçməsinə mane olmaqdır. Allah dünyanı insanların yaşaması üçün əlverişli yaratmışdır.
100 milyon işıq ili uzaqlığında bir nöqtə kimi görünən Süd yolunun kainatdakı milyonlarla qalaktikadan yalnız biri olduğunu düşünsək, Allahın yaratma gücünün böyüklüyünü daha yaxşı qavrayarıq.
Genişliyi təxminən 100 min işıq ili olan və Günəş, Yer və Ayın da içində olduğu Süd yolu qalaktikası ən az 200 milyard ulduzla birlikdə kainatdakı ən böyük qalaktikalardan biridir.
Allah Quranda ulduzlar haqqında belə bildirmişdir:
Biz dünya səmasını parlaq ulduzlarla bəzədik. (Saffat surəsi, 6)
Ulduzların batdığı yerlərə and olsun! Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz. (Vaqiə surəsi, 75-76)
1 işıq ilindən daha az uzaqlıqda olan Günəşin parlaqlığı digər ulduzlara nisbətən daha çoxdur. Səmanı möhtəşəm nizamla yaradan Rəbbimiz Günəşi çıraq kimi yaratdığını belə bildirir:
Ayı bir nur, günəşi də çıraq etmişdir. (Nuh surəsi, 16)

