Ixlaslı olmaq

Qarşılaşdığı hər hadisədə ixlaslı olmaq istəyən bir insan hər işində “Allahın razılığının ən

Qarşılaşdığı hər hadisədə ixlaslı olmaq istəyən bir insan hər işində “Allahın razılığının ən çoxu”nu axtarmalıdır. Allahın bu əmri “(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı təsdiq edən və onu qoruyan olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir! (Maidə surəsi, 48) ayəsində keçən “yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın” sözləri ilə insanlara xatırladılmışdır.

Fatir surəsi, 32-ci ayəsində bildirildiyi kimi, Allaha iman etdikləri halda “orta yol tutan” insanlar da vardır, “yaxşı işlərdə önə keçənlər” də. İxlas sahibi olan müsəlman yaxşı işlərdə yarışır. Həyatının hər anında Allahın razı qalacağı rəftarı göstərmək üçün ciddi səy göstərir, əlindəki bütün imkanları istifadə edərək saleh qullardan olmağa çalışır.

Dini yaşamaqda orta yolu tutanlar və yaxşı işlərdə yarışıb önə keçənlər arasındakı fərqi bu şəkildə açıqlaya bilərik: İnsan həyatı boyunca bir çox hadisələrlə qarşılaşır. Həyatına necə istiqamət verəcəyi, hadisələr qarşısında necə reaksiya verəcəyi, hansı əxlaqı göstərəcəyi mövzusunda hər zaman müxtəlif variantlarla qarşı-qarşıya gəlir. Seçim isə tamamilə öz vicdanından asılıdır. Bu variantlar arasında hər zaman Allahın razılığına uyğun olmayan alternativlər, yəni seçilə biləcək bir başqa yol, üsul, variant da vardır. İman edən insanın diqqəti bu dindən kənar variantlara qarşı son dərəcə açıqdır. Bu səbəbdən də bu ehtimalları qeyd-şərtsiz rədd edər və Allahın razılığına uyğun olan rəftarı seçər. Bu məqamda əhəmiyyətli olan isə budur: Variantlar hələ sona çatmamışdır.

Hələ də qarşısında alternativlər, başqa yollar var və bunların hamısı da Quran əxlaqına uyğun rəftarlar ola bilər. Ancaq yenə də bu vəziyyət insanı aldatmamalıdır. İnsanın bu mərhələdə vicdanını və diqqətini bir daha cəmləyib Allahın razılığına uyğun seçim etməsi lazımdır.