İtirdiklərinə görə kədərlənməmək və qazandıqlarına görə qürrələnməmək

Müsəlmanların Allaha və Onun dininə olan bağlılıqları heç bir şərtə söykənmədən tam bir

Müsəlmanların Allaha və Onun dininə olan bağlılıqları heç bir şərtə söykənmədən tam bir səmimiyyətə bağlıdır. Bu səbəbdən də müsəlmanın din əxlaqına uyğun yaşamaqdakı əhval-ruhiyyəsi, gücü, qətiyyəti şəraitin dəyişməsindən asılı deyildir. Bu, çox mühüm Quran əxlaqıdır. Bu mövzunu izah edərkən Quranda müsəlmanın iki əsas xüsusiyyətinə diqqət yetirilməlidir. Birincisi, müsəlman üzləşdiyi istənilən çətin şəraitdə sarsılmamalı və problemlərə görə əhval-ruhiyyəsini pozmamalıdır. İkincisi isə müsəlmanın sahib olduğu imkanlara görə lovğalığa və təkəbbürə qapılmaması ilə bağlıdır.

İnsan öz həyatında nələrlə qarşılaşacağını əsla bilməz. İnsan bəzən ən gənc yaşında heç gözləmədiyi xəstəliyə tutula bilər və ya bir qəza nəticəsində ömrünü yataq xəstəsi kimi başa vura bilər. Bütün mülkünü itirə və ya qarşılaşdığı hadisələr heç ehtimal etmədiyi şəkildə baş verə bilər. Belə bir vəziyyətdə Allaha imanı zəif olan insanlar ümidsizliyə qapılır və düşdükləri bu vəziyyətlərə görə üsyan edirlər. Allahın onlara verdiyi bütün nemətləri bir anda unudur və Allaha olan sevgi və etibarlarını bir anda itirə bilirlər.

Əsl müsəlmanların fərqi məhz bu yerdə ortaya çıxır. Çünki müsəlmanlar Allaha qeyd-şərtsiz iman gətirirlər. Onların Allaha olan sevgi və etibarları başlarına gələn hadisələrə görə dəyişmir. Allahın hər şeydə bir gözəllik və xeyir yaratdığını bilir və başlarına gələn, gözlənilməz hadisələr qarşısında yalnız səbir edərək təvəkkül edirlər. Onların Allahın ağlına, mərhəmətinə, ədalətinə etibarları tam və qətidir. Bu səbəbdən də nəyi itirmələrindən asılı olmayaraq, bunu bir itki saymaz və buna görə məyus olmazlar.