Masonluğun ən qədim qolu olan İsveç nizamnaməsi, bu məqsədlə dövrəyə soxulan mason lojalarının ilki olaraq, 14-cü əsrin əvvəlində İsveçə sığınan məbədçilər tərəfindən qurulmuş və digər lojalara nümunə olmuşdur. Necə ki, İsveç nizamnaməsi ən üst dərəcələrinə verilən adlar, məbədçi təriqətində əsrlər əvvəl cəngavərlərə verilən ünvanlardır. Bu ənənə indiki vaxtda da davam edir. On səkkizinci əsrin ən əhəmiyyətli masonlarından Baron Karl von Hund, İsveç nizamnaməsi və məbəd cəngavərləri ilə əlaqədar ətraflı çalışma etmiş və İsveç nizamnaməsini, məbədçilərin “yenidən bərpası” olaraq adlandırmışdır. Hundun izah etdiklərinə görə məbədçilərin qabaqcıl 8 cəngavəri əvvəl İrlandiyaya, sonra da İsveçə qaçmış və orada təkrar təşkilatlanmışlar. Digər bir çox ölkədə də fəaliyyət göstərmələrinə baxmayaraq, məbədçilərin əsl mərkəzi bura olmuşdur:
“…İsveç nizamnaməsi mirasını boynuna götürən axınlar arasında ən əhəmiyyətlisi, von Hund tərəfindən formalaşdırılan “Strict Observance” (Qəti itaət) ayini oldu. Ən yüksək dərəcəsinin adı “Tampliyer cəngavəri” olan “Strict Observance” ayini qısa müddət ərzində bütün Avropaya yayılmağı bacardı.”
Məbədçilik-masonluq, sonrakı əsrlərdə, böyük güc olaraq bütün dünyaya yayılmış, müxtəlif qollara və adlara ayrılmış ancaq təməl fəlsəfədə, məbədçilik ideyalarına bağlı qalmışdır:
“1717-ci ildə operativ mason lojalarında işləyən “Qəbul edilmiş masonlar” 18-ci əsrin dini, siyasi və fikri mühiti içərisində və özlərinə dözümlülük və fikir azadlığı təmin edəcək bir təşəkkül qərargahı qərarlaşdırmışlar. Bu təşəkkülün adətlərini, işarələrini, mərasimlərini zamanın gizli təşəkkülləri olan masonluq, Roskuruva, Tampiliye kimi quruluşlardan və təfəkkür fəlsəfəsini də 17 ilə 18-ci əsrdə İngiltərədə cücərməyə və yayılmağa başlayan azad düşüncə fikrindən ilham almışlar.” (Hikmet Murat, “Türkiye’de Masonluğun Kuruluşu”, Mimar Sinan, il 4 (1974), sayı 14, səh. 25)
İrəlidəki hissələrdə görəcəyimiz kimi əsl hədəfi, başda xristianlıq və İslam olmaq üzrə, dinə, dini təşkilatlara qarşı din əleyhdarı, materialist bir dünya nizamı qurmaq olan masonluq təşkilatı bu məqsədinə çatmaq üçün hər cür üsula müraciət etmişdir.

