Quranda “Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (vədinə sadiq) kərəm sahibidir, rəhm edəndir!” (Tur surəsi, 28) ayəsi ilə bildirildiyi kimi, Allah insana bütün həyatı boyunca saysız yaxşılıqlar edən, bənzərsiz gözəlliklər bəxş edəndir. Var olan hər şey Ondandır. Bütün gözəlliklər, incəliklər, nemətlər Rəbbimizin sonsuz ağlının təcəllilərindəndir.
(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (İbrahim surəsi, 34)
Həqiqətən də ayədə bildirildiyi kimi, yaşadığımız hər an uca Allahın saya bilmədiyimiz qədər çox neməti ilə qarşılaşırıq. Bu nemətlərə qarşılıq olaraq Allah bizdən Ona şükür etməyimizi istəyir.
Allah sonsuz rəhmət sahibidir və insanları unutduqlarına və yanıldıqlarına görə hesaba çəkmir. İnsanlara səbri və təvəkkülü öyrədərək üzərindəki yükü qaldırır. Bütün bunlar Rəbbimizin isimlərinin təcəllilərindəndir. Allah, mülayim mənasını verən Həlim ismi ilə bağlı olaraq ayədə bu şəkildə bildirir.
Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Fatir surəsi, 41)
Dünyada bir çox gözəllik, bir çox nemət var. Bununla yanaşı hər nemətin də yaradılma məqsədi var. Nemətlər insanlar onları nəfslərinin arzuladığı kimi şüursuz və məsuliyyətsiz şəkildə istifadə etsinlər deyə yaradılmamışdır. Allah verdiyi nemətlərlə qullarına qarşı sevgisini, mərhəmətini göstərir. Belə ki, verilməsindəki hikmətlərdən biri, o neməti istifadə edən insanın Allaha yönəlməsidir. İnsanlar mərhəmət edənlərin ən mərhəmətlisi olan Rəbbimizin verdiyi hər nemətdən hesaba çəkiləcəklərini unutmamalıdırlar. Bunu Allah bizə ayədə bu şəkildə bildirir:
Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız! (Təkasur surəsi, 8)
Allah Quranda israf etməməklə bağlı hökmünü Quranda bu şəkildə bildirmişdir:
Talvarlı və talvarsız (üzüm) bağları, müxtəlif dadlarda xurmalar, əkinlər, bir-birinə bənzəyən və bənzəməyən zeytun və narı yaradan Odur. Bar verdiyi zaman onun barından yeyin. Yığım günü də haqqını (zəkatını, sədəqəsini) verin, ancaq israf etməyin! Həqiqətən, Allah israf edənləri sevməz. (Ənam surəsi, 141)
Qohumlara, yoxsullara və yolda qalanlara haqqını ver, lakin israfçılıq etmə! Həqiqətən, israfçılıq edənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur. (İsra surəsi, 26-27)
Uca Allah böyük-kiçik demədən hər cür israfı qadağan etmişdir. Bu səbəbdən yeməklərin və əşyaların atılması Allahın razılığına uyğun deyil. Allah eyni torpaqdan minlərlə fərqli məhsul bitirir. Torpağın yeyilməsi mümkün deyil, qoxusu və rəngi birdir. Ancaq Allah torpağı göydən endirdiyi su ilə sulayır və içindən dadı, qoxusu, rəngi fərqli ruzilər çıxarır. Qırmızı, sarı, yaşıl almanın belə dadları fərqli olur.
Allah ruzilərə səbəb olaraq toxumları yaratmışdır və toxumların tərkibini, suyu təşkil edən və havada mövcud olan oksigen və hidrogen qazları ilə uyğun yaratmışdır. Sonra dünyadan milyonlarca uzaq məsafədən bir alov topu olan Günəş şüalarının bitkilərə fayda verməsini təmin etmişdir. İnsanların isə yoxluqdan bir toxum belə yaratmaları mümkün deyil. Allah bu nemətləri aradan qaldırsa, bizə bunları yenidən verəcək heç bir güc yoxdur. Allah bu həqiqəti bir ayədə belə bildirmişdir.
De: “Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?! (Mülk surəsi, 30)
Allah dünyada bütün insanların ehtiyaclarını təmin edəcək bolluqda nemət yaratmışdır. Dünyada yaşanan aclıq və yoxsulluğun ən önəmli səbəblərindən biri israfın qarşısının alınmamasıdır. Bütün nemətləri xarab olmadan istifadə qaydalarını tapmaq çox önəmlidir. Hələ də dünyada 800 milyondan çox insan aclıq çəkir. Ancaq bir çox Avropa ölkəsində tonlarla yemək israf edilir.
Unutmamaq lazımdır ki, israfı şeytan təşviq edir. Şeytan israfın Allahın razı olmayacağı bir davranış olduğunu bildiyindən insana atmaqdan, saçıb savurmaqdan ziyan gəlməyəcəyi yalanını təlqin edir. Möminlərin bu məsələdə diqqətli olmaları və bir-birilərini Allahın razi olacağı əmələ dəvət etmələri vacibdir.

