Doğrudanmı Rəbbiniz oğlanları sizin üçün seçib, Özünə isə mələklərdən qızlar götürüb?! Siz, həqiqətən də, olduqca yaramaz söz danışırsınız. Biz bu Quranda dinin ehkamlarını izah etdik ki, onlar düşünüb ibrət alsınlar. Lakin bu onların yalnız nifrətini artırır. De: “Əgər müşriklərin söylədikləri kimi Allahla yanaşı başqa məbudlar olsaydı, onlar Ərş Sahibinin yanına çatmaq üçün yol axtarardılar”. Allah müşriklərin söylədiklərindən çox uzaq və çox ucadır. (İsra surəsi, 40-43)
İsra Surəsi, 40-43-cü Ayələr
