İslamın əsas qaynağı

Quran Rəbbimizin bütün insanlara çox böyük lütfü, Rəhman və Rəhim sifətlərinin çox üstün

Quran Rəbbimizin bütün insanlara çox böyük lütfü, Rəhman və Rəhim sifətlərinin çox üstün təcəllisidir. İnsanların həqiqi dini öyrənə biləcəkləri əsas qaynaq Uca Qurandır. Quran bütün kainatı yoxdan var edən, hər şeyin ən doğrusunu bilən, sonsuz rəhmət sahibi olan Allahın sözüdür. Quran Rəbbimizdən bir rəhmət olduğu ayələrdə bu şəkildə bildirilir:

Biz Kitabı (Quranı) sənə yalnız ixtilafda olduqları məsələləri onlara izah etməyin üçün və möminlərə hidayət və Rəhmət olsun deyə nazil etdik. (Nəhl surəsi, 64)

O gün hər bir ümmətə, öz içlərindən bir şahid göndərəcəyik. Səni də bunlara şahid gətirəcəyik. Kitabı sənə, hər şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

Həqiqətən, Biz onlara iman gətirən bir qövm üçün hidayət və Rəhmət olan, elmlə açıqladığımız bir Kitab gətirdik. (Əraf surəsi, 52)

Allahın insanlara açıqlayıcı kitablar endirməsi və hökmlərini bildirib, Uca Şəxsini tanıtması, bilmədiklərini ən doğru olaraq Öz sözü ilə və hikmətlə bildirməsi insanlar üçün çox böyük bir rəhmətdir. Allah, insanlara endirdiyi mübarək kitablar təhrif edildikdə yeni elçilər göndərmiş, lakin Peyğəmbərimizə vəhy etdiyi Quranın qəti olaraq qiyamətə qədər qorunacağını bildirmişdir.

Ən son ilahi kitab olan Quranın Allahın qorumasında olması da yenə insanlar üçün rəhmətdir. Ənam surəsində bu şəkildə buyurulur:

Yaxud da: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”, – deməyəsiniz deyə (Quranı nazil etdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və Rəhmət gəlmişdir. Allahın ayələrini yalan sayaraq onlardan üz çevirən kəsdən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri, üz döndərdiklərinə görə ən pis əzabla cəzalandıracağıq. (Ənam surəsi, 157)

Quran, hər insanın anlaya biləcəyi, sadə və aydın olar üsluba, bənzərsiz hikmətə malikdir. Allah Quranı, insanların oxuyub anlamaları, bütün kainatı yoxdan var edən Rəbbimizi tanımaları, Ona necə qulluq edəcəklərini bilib çəkinmələri kimi daha bir çox hikmətlə göndərib. İstər dünya həyatı, istər ölümdən sonrakı həyatla bağlı mövzular, Quranda ən hikmətli şəkildə açıqlanıb.

Allah, “Həqiqətən, Biz içində sizin üçün öyüd-nəsihət olan bir Kitabı sizə nazil etdik. Hələ də dərk etmirsinizmi?” (Ənbiya surəsi, 10) ayəsi ilə də bizlərə bu həqiqəti bildirməkdədir. Allahın “… Biz kitabda (Quranda) heç bir şeyi əskik qoymadıq.” (Ənam surəsi, 38) ayəsi ilə də bildirdiyi kimi Quranda bir insanın vicdani olaraq araşdırdığı bütün sualların cavabları var.

Quran qəti doğruları ehtiva edən hidayət rəhbəridir. Hər mövzu haqqında Rəbbimizin Hz. Məhəmmədə vəhy etdiyi ən doğru məlumatları ehtiva edir. Buna görə də, həyatında yalnız Quranı özlərinə ölçü alan insanlar, Allahın rəhmətinə və hidayətinə qovuşarlar.

Quranın bu xüsusiyyəti ayələrdə belə xəbər verilir:

Şübhəsiz ki, bu Quran ən doğru yola yönəldir və yaxşı işlər görən möminləri böyük bir mükafat ilə müjdələyir. (İsra surəsi, 9)

Bu (Quran) insanlar üçün açıq-aydın dəlillər, yəqinliklə inananlar üçün də hidayət və Rəhmətdir. (Casiyə surəsi, 20)

Özünə rəhbər olaraq Quranı və Peyğəmbərimizin yolunu seçən insanın həyatı, digər insanlardan çox fərqli olur. Məsələn bu insan, sıxıntı, hüzursuzluq, qorxu, narahatlıq, ümidsizlik, pessimizm kimi ruh hallarından uzaqdır ya da bir çətinlik qarşısında narahat olmaz. Çünki hər anında Allahın ayələri və Peyğəmbərimizin tətbiq etdikləri onun üçün yol göstərici olur. Qarşılaşdığı hər hadisəyə mütləq Allahın hökmləri ilə cavab verir.

Aldığı hər qərar, dediyi hər söz, etdiyi hər iş Quran əxlaqını yaşadığının göstəricisidir. Bundan dolayı da vicdanı həmişə təmiz olar və bunun gətirdiyi mənəvi hüzurla yaşayar. Allahın Quran əxlaqını yaşayanlara rəhmətindən bəxş etdiyi bu gözəl ruh halı, hüzur və sevinc möminlər üçün çox böyük nemətdir.

Necə ki, Rəbbimiz Yunis surəsində Quranın “şəfa” olduğunu belə bildirir:

Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlblərdəki (şirk və şübhə kimi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir. (Yunis surəsi, 57)

Allah Quranda doğrularla səhvləri çox açıq formada ifadə edib. Buna görə də, vicdanının səsini dinləyib, nəfsinin eqoist arzularından uzaq dayanan, Allahın hökmlərini tətbiq etməkdə qəti qərarlı olan, hidayət əhli insanlar üçün doğrunu tapmaq çox asandır. Quran hər yaşdan, hər təhsil səviyyəsindən insanın rahatlıqla başa düşə biləcəyi, öyüdlərini qavraya biləcəyi hikmət dolu kitabdır. Quranın ehtiva etdiyi hökmlər və ayələrdə tövsiyə edilən gözəl əxlaq son dərəcə açıq, aydın olur və asandır.

Allahın hidayət verdiyi, səmimi niyyətli hər insan Quranda izah edilənləri rahatlıqla anlaya bilər və anladıqlarını bütün davranış və düşüncələrində ən gözəl şəkildə tətbiq edə bilər. Bu da Allahın Rəhman və Rəhim adlarının çox üstün təcəllisidir. Allah Quran üçün, “… insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan…” (Bəqərə surəsi, 185) şəklində buyurur.

Allah yaratdığı insanın fitrətinə uyğun olaraq bildirdiyi Quran əxlaqı ilə mərhəmətini, şəfqətini və sonsuz rəhmətini bizlərə göstərir. Fitrətinə uyğun davranmayan, Quran əxlaqını yaşamayan hər insan, maddi və ən əhəmiyyətlisi mənəvi çətinlik içində yaşayır.

Əgər haqq onların arzu və istəklərinə uysaydı, göylər, yer və onların içindəkilər mütləq fəsada məruz qalardı. Xeyr, Biz onlara Zikrlərini (Quranı) gətirdik. Ancaq onlar Zikrlərindən üz çevirirlər. (Muminun surəsi, 71)

Yalnız Allahdan qorxub çəkinənlər, Ona könüldən təslim olanlar, axirət həyatını dünya həyatına seçənlər Qurandan öyüd alıb düşünərlər. Allah başqa ayələrdə də belə buyurur:

Biz Quranı sənə əziyyət çəkəsən deyə nazil etmədik! Məhz (Allahdan) qorxanlara nəsihət olsun deyə (nazil etdik). (Taha surəsi, 2-3)

Bu mövzu eyni zamanda Quranın əhəmiyyətli sirridir. Quranı anlamaq üçün yüksək zəkaya və ya qabiliyyətə yox, səmimi niyyətə sahib olmaq kifayətdir. Çünki insana hər şeyi qavradacaq olan Rəhman olan Allahdır. Allah səmimi bəndələrinə doğru yolları göstərir, onların Quran əxlaqını yaşamalarını və qurtuluşa çatmalarını təmin edər.

Quran bütün insanlara göndərilmiş kitabdır, ancaq yalnız Allahdan qorxan, axirət gününə iman edən möminlər üçün hidayət vəsiləsi olur. Bu da Allahın iman edən bəndələri üzərindəki şəfqətinin dəlillərindəndir. Bu mövzu ilə bağlı ayələrdən bəziləri belədir:

(De:) “Allahdan başqa bir hakimmi istəməliyəm?! Halbuki sizə Kitabı təfsilatlı olaraq nazil edən Odur”. Kitab verdiyimiz kimsələr onun Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Ona görə də əsla şübhəyə düşənlərdən olma! (Ənam surəsi, 114)

O gün hər bir ümmətə, öz içlərindən bir şahid göndərəcəyik. Səni də bunlara şahid gətirəcəyik. Kitabı sənə, hər şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

De: “Onu Müqəddəs Ruh iman gətirənlərə səbat vermək, müsəlmanları doğru yola yönəltmək və onlara müjdə vermək üçün Rəbbinin dərgahından haqq olaraq nazil etmişdir!” (Nəhl surəsi, 102)

Bunlar hikmətli Kitabın ayələridir. O (Quran), yaxşı əməl sahibləri üçün doğru yol və Rəhmətdir. (Loğman surəsi, 2-3)

Ey insanlar! Rəbbinizdən sizə öyüd-nəsihət, qəlblərdəki (şirk və şübhə kimi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və mərhəmət (olan Quran) gəlmişdir. (Yunis surəsi, 57)

Ayələrdə də bildirildiyi kimi Quran bütün insanlıq aləmi üçün öyüd, Allahdan çəkinən və səmimi olan müsəlmanlar üçün də hidayət rəhbəridir. Ehtiva etdiyi üstün hikmət, keçmişdən və gələcəkdən verdiyi həqiqi məlumatlar, insanlardakı qəfləti və xurafat pərdəsini yox edən üslubu ilə bənzərsiz kitabdır. Və Quranın bu təsiri, vəhy edildiyi gündən qiyamətə qədər yaradılmış və yaradılacaq olan bütün insanlar üçün keçərlidir. İman sahibi bir insan, hər vəziyyətdə və qarşılaşdığı hər hadisədə Quranın hökmləri ilə qərar verər.

Quran, Furqan xüsusiyyəti ilə möminin doğrunu səhvdən ayırmasına və ən xeyirli qərarı verməsinə vəsilə olur. Allahın bir ayədə də bildirdiyi kimi “Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir.” (Bəqərə surəsi, 256) Buna görə də, iman edən insan Quran əxlaqı ilə cahiliyyə həyatı arasında orta bir yol axtarmağa çalışmaz, qəti və əmin olaraq yalnız Qurana, yəni doğru olana uyar.

Quranın, Allahın Rəhman və Rəhim sifətinin bir təcəllisi, möminlərə olan sonsuz şəfqətinin bir dəlili olduğunu bilər. Allah ayələrdə möminlərə Quran əxlaqına çox bağlanmalarını buyurur:

Ona görə də sənə vəhy olunandan möhkəm yapış! Həqiqətən, sən doğru yoldasan. Şübhəsiz ki, o (Quran) həm sənin üçün, həm də qövmün üçün öyüd-nəsihətdir. Siz bundan sorğu-sual olunacaqsınız. (Zuxruf surəsi, 43-44)