İslamı yaşamaq problemi

Din əxlaqı ilə yaşamaq istəyirəm, amma bu gücü özümdə tapa bilmirəm”, cümləsi

“Din əxlaqı ilə yaşamaq istəyirəm, amma bu gücü özümdə tapa bilmirəm”, cümləsi səmimiyyətsizliyin çox yayılmış ifadəsidir. Bunu deyən şəxs əslində bunu bilir ki; həqiqəti deyil, öz eqoist istək və arzularının ona göstərdiyi bir qaçış üsuludur. Çünki din, insanların güc yetirə bilməyəcəyi bir həyat tərzi deyil. Allah insanları Ona xidmət etmək üçün yaratmışdır. Bu, insanın əsas vəzifəsidir və onun yaradılışı da bunu tələb edir. Quranda insanın Allaha bəndə olmaq məqsədilə yaradıldığı bildirilir:

Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zəriyət surəsi, 56)

“Mənim dini yaşama gücüm yoxdur” demək, səmimiyyətsiz qaçış üsulundan başqa bir şey deyil. Çünki Allah insana gücü çatdığından çox çətinlik yükləməz. Bu mövzu ilə bağlı ayələr belədir:

Biz heç kəsi gücünün çatmadığı bir şeydən məsul tutmarıq. Bizim dərgahımızda haqqı söyləyən bir kitab vardır. Onlara heç bir haqsızlıq edilməz. Xeyr, onların qəlbi bu (Quran) barədə cəhalət içindədir. Onların bundan başqa (pis) əməlləri də vardır. (Muminun surəsi, 62-63)

İman edib yaxşı işlər görənlərə gəldikdə, – Biz heç kimə gücü yetdiyindən artıq (vəzifə) yükləmərik – onlar cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar. (Əraf surəsi, 42)

İslamda: “Allah yolunda layiqincə cihad edin! O sizi seçdi və dində sizə heç bir çətinlik yükləməyib, atanız İbrahimin dinindəki kimi…” (Həcc surəsi, 78) ayəsində vurğulandığı kimi iman edən bir insan üçün “heç bir çətinlik” yaratmayıb. Dinin insana fiziki cəhətdən çətin olan tərəfi yoxdur. Bütün dualar çox asandır.

Allahın Quranda buyurduğu əxlaq və həyat, insana axtardığı hüzuru, əmin-amanlığı, sevinci və rahatlığı bəxş edər, həqiqi sevgi və dostluğu yaşamasını təmin edər, özünü qayğılardan, qorxu və nəfsani istəklərindən təmizləyən böyük bir nemətdir. Allah insanlara çətinlik istəməz. Peyğəmbərin Quranda bildirilən xüsusiyyətlərindən biri də “möminlərin ağır yükünü və üstlərindəki zincirləri götürər.” (Əraf surəsi, 157)

Ona görə də insanın “mən dini yaşaya bilmərəm, gücüm yoxdur” deməsinin mənası yoxdur. Buna baxmayaraq, eyni məntiqi irəli sürənlər varsa, bunun tək bir izahı var: Bu insan səmimiyyətsiz əxlaq göstərir və öz eqoist istəklərini qane etmək üçün Quran əxlaqından qaçmaq üçün bəhanə tapmağa çalışır. Quranda, “qəlbində xəstəlik olan” insanların bəzi çətin anlarında xilas olmaq üçün möminlərə qarşı bu cür bəhanələr irəli sürmələrinə diqqət çəkilir.

Buna bənzər qeyri-səmimi məntiq irəli sürənlərin vəziyyəti Quranda belə bildirilir:

Müşriklər: “Əgər Allah diləsəydi, biz də, atalarımız da müşrik olmazdıq və heç bir şeyi haram etməzdik”, – deyəcəklər. Onlardan əvvəlkilər də bu şəkildə (elçiləri) təkzib etmiş və sonunda əzabımızı dadmışdılar. De: “Yanınızda bizə göstərə biləcəyiniz bir bilgi (dəlil) varmı? Siz ancaq zənnə uyursunuz və yalan söyləyirsiniz”. (Ənam surəsi, 148)

Bu cür üsullardan istifadə edən səmimiyyətsiz insanların ən böyük səhvi Allahı və möminləri aldada biləcəklərini zənn etmələridir. Halbuki onlar, nə “qəlbdə olanları da bilən” (Fatir surəsi, 38) Allahı, nə də Allah qatından “yaxşı və pisi bir-birindən ayırd edən nur və anlayış” (Ənfal surəsi, 29) verilmiş möminləri aldada bilməzlər.