Bir insan xəbərdarlıq edilmədən əvvəl din mövzusunda məlumatsız sayılır, nəyin doğru, nəyin səhv olduğunu həqiqi mənada bilə bilməz. Bu səbəblə, bir daha eyni günahlara və xətalara dönməmək üzrə tövbə edib, Allahdan bağışlanma diləsə, hər hansı bir məsuliyyəti qalmayacaq. Allah Qatında əhəmiyyətli olan, səhv etməkdə və günah işləməkdə təkid etməməkdir. Allah, inananlara bunu Quranda belə müjdələmişdir:
İman edib yaxşı işlər görənlərə gəldikdə, əlbəttə, Biz onların günahlarını örtər və etdikləri əməllərin daha gözəli ilə onları mükafatlandırarıq. (Ənkəbut surəsi, 7)

