Ən gözəl təbliğ insanın din əxlaqını qarşısındakı insana həm sözlə izah etməsi, həm də əməli ilə göstərməsidir. Dinin hökmlərini və Quran əxlaqını sözlə izah edən bir insanın, eyni zamanda izah etdiklərini bütün səmimiyyəti ilə yaşaması deyilənlərlə nəyin nəzərdə tutulduğunu daha aydın şəkildə ortaya qoyar. Səmimiyyətin həqiqi meyarı insanın dedikləri ilə yaşadıqları arasındakı uyğunluq olduğu üçün, görünən bu səmimiyyət qarşı tərəfin dinin gözəlliyini dərk etməsində mühüm rol oynayar.
Məsələn, bir insan bir tərəfdən fədakarlığın nə qədər üstün bir əxlaq olduğunu izah edərkən, digər tərəfdən özü eqoist davranarsa, dedikləri qarşı tərəfə ciddi təsir göstərməz. Həmçinin onun səmimiyyəti haqqında ciddi şübhələrin yaranmasına səbəb olar. Əksinə, insan başqalarını yaşamağa dəvət etdiyi gözəl əxlaqı özü də nümayiş etdirdikdə, həm onun səmimiyyəti barədə qəti bir qənaət yaranar, həm də nəzərdə tutduğu gözəl əxlaqın gündəlik həyatda necə tətbiq olunacağı aydın şəkildə görünər. Eyni qaydada, təvazökarlığı izah edən bir insanın davranışları ilə də bu əxlaqı nümayiş etdirməsi din əxlaqının ən gözəl şəkildə təbliğ edilməsini təmin edər.
Uca Allah möminləri insanlara söylədiklərini özlərinin də yaşamaları mövzusunda belə xəbərdar etmişdir:
Ey iman edənlər! Etməyəcəyiniz şeyləri nə üçün deyirsiniz? Etməyəcəyiniz şeyləri deməyiniz Allah dərgahında nifrətlə qarşılanar. (Saff surəsi, 2-3) çatdıqdan sonra “bu qədər kifayətdir” deyə bilərmi?

