İslami Evlilik necə olmalıdır?

Evlilik saf sevgi ilə olar (2)

Evlilik saf sevgi ilə olar. Allahın təcəllisi olaraq o insanı sevərsən. Bütün məqsədin Allahın verdiyi o əmanəti yoldaşın olaraq, ailən kimi görərək qorumaq və onu dünyada ən gözəl şəkildə yaşatmaq olmalıdır.

Evlilik saf sevgi ilə olmalıdır. Allahın təcəllisi kimi baxmaq lazımdır. Allahın verdiyi o gözəl hissi, dərinlik hissini yaşamaq üçün və birlikdə Allaha qulluq etmək üçün, Allahın razılığını qazanmaq üçün evlənərlər. İnsan Allahın təcəllisi kimi sevilər. Başqa cür çox qəribə və çox çətin evlilik olar.

Əgər Allahın razılığı yoxdursa, Allahın təcəllisi olaraq bir insan qadını sevmirsə, o zaman anormal görüntü ortaya çıxır. O zaman dərinlik olmaz, şəfqət olmaz, gözəllik olmaz və bunun sonu bədbəxtçilikdir.

Çünki insan qarşısındakına hörmət edirsə, dəyər verirsə, bu təsir edər ona. Hörmət etmədiyi, dəyər vermədiyi birisi ona meymun kimi görünər. Qadındakı o dərinlik və ona çox dəyər vermənin ruhda meydana gətirdiyi təsir həqiqi sevgidir. O zaman, o sənin üçün çox xüsusidir, çox böyükdür gözündə, möhtərəm və mübarəkdir, tərtəmizdir. Sənə aiddir. İffətindən əminsən. Bu, o zaman insanın ruhundakı şiddəti böyüdür. Amma bu yoxdursa, istədiyi qədər çabalasın, heç vaxt həqiqi sevgi yaranmaz. Onsuz da Allah ona o gücü verməz.

Bu mövzuda cəmiyyətin bir hissəsi xəstədir. Zövq ala bilmirlər qadınlardan və ona görə də dərmanlar alırlar. Bu dərmanla olacaq şey deyil. Allahın insanların ruhuna verdiyi şiddətli gücdür. Cənnətdə də bu belədir. Yəni cənnətdə insanların ruhunda dərin bir ehtiras olacaq.

Əgər bir insan çox səmimi və çox ağıllıdırsa, onsuz da Allah ona bərəkət verər, mütləq onun yolunu açar və onun üçün xeyirlidirsə taleyindəki insanı qarşısına çıxarar. Yəni gedib bazardan armud almaq kimi qadın alınmaz. Var elə tiplər, pulu, evi, avtomobili olduğunu deyir, sanki ticarət edər kimi, bunlar var, buna qarşılıq da mənə bir qadın tapın evlənim. Bu dəhşətlidir. Bütün millətin gözünün qarşısında bunun edilməsi də dəhşətlidir. Qul alır sanki.

İnsan Allahın təcəllisini görmək, Allahın razılığını qazanmaq üçün evlənər və Allahın təcəllisindən zövq alar. Yalnızca Allah rizası üçün edər, Allahın təcəllisini görmənin həyəcanı yaşayar. Allah onsuz da onun zəminini hazırlamışdır, taleyində vardır, taleyindəki qadınla insan qarşılaşar. Yoxsa, hər nə olursa olsun bu iş olacaq deyə bir şey olmaz. Möminin mütləq Allahdan xeyirlisini gözləməlidir. Allah ona şəraitini, mühitini hazırladığında, qarşısına o insanı çıxartdığında onda bir xeyir vardır. Müsəlman Allahın ona verəcəyi xeyri gözləməlidir.

Biz dedik: “Ey Adəm, zövcən (Həvva) ilə cənnətdə məskunlaşın və oradakı nemətlərdən istədiyiniz qədər bol-bol yeyin!”… (Bəqərə surəsi, 35)