İslami evlilik necə olmalıdır?

Evlilik saf sevgi ilə olar

Evlilik saf sevgi ilə olar. Allahın təcəllisi olaraq o insanı sevərsən. Bütün məqsədin Allahın verdiyi o əmanəti yoldaşın olaraq görərək qorumaq və onu dünyada ən gözəl şəkildə yaşatmaq olmalıdır.

Allahın təcəllisi kimi baxmaq lazımdır. Allahın verdiyi o gözəl hissi, dərinlik hissini yaşamaq üçün və birlikdə Allaha qulluq etmək üçün, Allahın razılığını qazanmaq üçün evlənərlər. İnsan Allahın təcəllisi kimi sevilər. Başqa cür çox çətin evlilik olar.

Evlilik yalnızca Allahın razılığı ilə olmalıdır. Əgər Allahın razılığı yoxdursa, Allahın təcəllisi olaraq bir insan bir qadını sevmirsə, bu evlilik hər ikisinə bəla olar. Çünki insan qarşısındakına hörmət edirsə, dəyər verirsə, bu təsir edər ona. Hörmət etmədiyi, dəyər vermədiyi birisi ona meymun kimi görünər, yəni çox iyrənc bir şey. Ya meymunla əlaqədə olmuş, ya onunla.

İman gətirməyincə müşrik qadınlarla evlənməyin! Müşrik bir qadın xoşunuza gəlsə belə, mömin bir kəniz ondan daha yaxşıdır. Müşrik kişilərə də, iman gətirənə qədər (mömin qadınları) ərə verməyin! Müşrik bir kişi xoşunuza gəlsə belə, mömin bir kölə ondan daha yaxşıdır. Onlar (müşrik qadın və kişilər) cəhənnəmə çağırırlar. Allah isə Öz izni ilə cənnətə, məğfirətə çağırır və insanlar üçün ayələrini bəyan edir ki, bəlkə, düşünüb ibrət alalar. (Bəqərə surəsi, 221)

Çox dəyər verərsən, çox ciddi qəbul edərsən, o sənin üçün çox xüsusidir, çox böyükdür gözündə, möhtərəm və mübarəkdir, tərtəmizdir. Sənə aiddir. İffətindən əminsən. Bu, o zaman insanın ruhundakı şiddəti böyüdür. Amma bu yoxdursa, Allah ona o gücü verməz.

Cəmiyyətin bir hissəsi buna görə xəstədir. Evlilikdən zövq ala bilmirlər və ona görə də dərmanlar istifadə edirlər. Bu dərmanla düzəlməz. Allahın insanların ruhuna verdiyi şiddətli gücdür. Cənnətdə də bu belədir. Yəni cənnətdə insanların ruhunda dərin bir düşkünlük olacaq.

Əgər bir insan çox səmimi və çox ağıllıdırsa, onsuz da Allah ona bərəkət verər, mütləq onun yolunu açar və onun üçün xeyirlidirsə taleyində insanı qarşısına çıxarar. Yəni gedib bazardan armud almaq kimi qadın alınmaz. Var elə tiplər; pulu, evi, avtomobili olduğunu deyir, sanki topdan satıcı kimi, bunlar var, buna qarşılıq da mənə bir qadın tapın evlənim. Bütün millətin gözünün qarşısında bunun edilməsi dəhşətlidir, çox diksindiricidir. Sanki qul alır. Sən səmimiyyətlə, cani-könüldən sevəcəyin Allahın bir təcəllisini axtarırsan, sonra da bir yük maşını qədər mal verərək mən birini almaq istəyirəm deyə ortaya çıxırsan, yəni arada dağlar qədər fərq var.

İnsan, Allahın təcəllisini görmək, Allahın razılığını qazanmaq üçün evlənər və Allahın təcəllisindən zövq alar. Yalnızca Allah rizası üçün edər, Allahın təcəllisini görmənin həyəcanı yaşayar. Mömin mütləq Allahdan xeyirlisini gözləməlidir. Allah ona şəraitini, mühitini hazırladığında, qarşısına o insanı çıxartdığında onda bir xeyir vardır. Müsəlman Allahın ona verəcəyi xeyri gözləməlidir. Yəni mütləq bir şey istədiyi an olmalıdır deyə bir şey yoxdur.

Bu mövzuda yaxşı söz vardır, “Züleyxanı axtarma, sən özün Yusif ol ki, Allah da sənə Züleyxanı göndərsin.” Yəni Allaha yaxın olmaq, təqvalı olmaq (quran əxlaqına ciddi əməl etmək), dünyadan hicrət edib yalnız Allahın rizası üçün yaşamaq, islama və Allaha xidmət etmək. Təbii ki, bu sufilik deyildir, normal həyatı cənnət həyatı formasında yaşayaraq bunları etmək lazımdır, inşaAllah. Yəni keyfiyyətə üstünlük verərək, Allahın verdiyi nemətləri ən yaxşı formada istifadə etmək (israf etmədən) və Allah yolunda infaq edərək, inşaAllah.