İslamda qadın və kişi bərabərdirmi?

Allah Quranda iman gətirən və saleh əməllər edən möminlərdən bəhs edir. Allah qatında dəyər və üstünlük meyarı insanın qadın və ya kişi olması deyil, iman gətirməsi və saleh əməllər etməsidir. İslamın hökmlərindən və Allahın əmrlərinin tam şəkildə yerinə yetirilməsindən heç bir fərq qoyulmadan hər kəs məsuldur. Quranda qadın olsun, kişi olsun, hər bir insanın etdiyi işin qarşılığını eyni şəkildə alacağı xəbər verilir:

Kişi, yaxud qadınlardan hər kim mömin olaraq yaxşı işlər görərsə, onlar cənnətə daxil olacaqlar. Onlara xurma çərdəyinin ipi qədər belə haqsızlıq edilməyəcək. (Nisa surəsi, 124)

Həmçinin, Allah digər ayələrdə də mühüm olanın insanın cinsi deyil, təqvası, yəni Allahdan qorxaraq nəfsini Onun razı olmayacağı hər cür günahdan, azğınlıqdan qoruması və axirətdə özünə fəlakət gətirəcək hər cür pislikdən çəkinməsi olduğunu bildirmişdir:

Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır. (Hucurat surəsi, 13)