İslamda müdafiədən başqa müharibə üçün səbəb yoxdur

İslam savaş dini deyildir

İslamın savaş dini olduğunu iddia edənlər başa düşməlidirlər ki, müharibə anlayışı İslam təlim-tərbiyəsinə tamamilə ziddir. Quranda qarşı tərəfə hücum etmək üçün heç bir əsas yoxdur. Quran demokratiya və azadlığın ən mükəmməl tərifini verir. Demokratiya və azadlığın hakim olduğu mühitdə qarşı tərəfi düşmən elan etməkdən və ya susdurmağa çalışmaqdan söhbət gedə bilməz. Çünki belə bir mühit hər kəsə hörmət edilən və hər kəsin rahat danışdığı azad mühitdir. İslam şəriətində, əslində, belə mühitdən bəhs edilir. Beləliklə də, Quranda müharibəyə heç bir əsas yoxdur.

İslamı savaş, güc və təzyiq yolu ilə bir insana qəbul etdirmək istəyənlər Qurana xəyanət edirlər. Quranda ən açıq hökmlərdən biri dindən məcburiyyətin qətiyyən olmamasıdır:

Dində məcburiyyət yoxdur… (Bəqərə surəsi, 256)

Bu açıq ayə Quranın hökmüdür. Heç bir müsəlman bu hökmdən kənara çıxıb başqalarına dindar olmaq üçün təzyiq göstərə bilməz. Bu, Quranda qadağan edilmişdir.

İslamda hər ideologiyaya, hər millətə, hər etnik qrupa və hər düşüncəyə hörmətlə yanaşılır. İslamda fikir azadlığı vardır və bütün fikirlər dinlənilir. Belə bir demokratiya anlayışının və azadlığın mövcud olduğu dində fikir ayrılığı və ya etnik fərqliyə görə müharibə etmək mümkün deyil.