“Quranda hər şey yazılmayıb, Quranda onsuzda zəkatın miqdarı yoxur hədislərə baxmaq lazımdır” iddiası ənənəçilər tərəfindən uydurulmuş yalanlardır. Quranda zəkatın miqdarı yazılmayıbsa deməli zəkatın miqdarı yoxdur. Allah hər kəsi ehtiyacından artıq qalanını verməklə məsul tutub. İlla bu qədər verməlisən deyə bir şey yoxdur bu xurafatdır. Quran bütün zamanları əhatə edən kitabdır. Nazil edildiyi gündən 14 əsr sonra da, yəni bugün də “zəkatın miqdarı nə qədərdir?” deyə soruşanlara ən gözəl cavabı yəni hökmü verir; “ehtiyacdan artıq qalanı”. Bu qədər bəsit. Amma illa insanlar dini çətinləşdirəcəklər, qarma-qarışıq edəcəklər, Allahın verdiyi hökmü bəyənmirik biz hədislərin, alimlərin hökmlərinə baxırıq deyəcəklər. Quranda bununla (zəkatla) bağlı açıq hökm olmasına rəğmən, Quranı heç oxumayıb “Quranda yazılmayıb” deyənlərin sözlərinə aldanacaqlar. Quran oxumadıqları müddətcə də hər cür yalanla aldadılacaqlar və din yaşayırlar zənn edəcəklər. Sonra da deyəcəklər ki;
“Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.” (Əhzab surəsi, 67)

